Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə Şimali Koreya arasında müqavilə müdafiə xarakteri daşıyır - Zaxarova

© Sputnik / Кристина Кормилицына / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 25.10.2024
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Rusiya və KXDR arasında imzalanmış yeni Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişini şərh edib.
BAKI, 25 oktyabr - Sputnik. Rusiya Federasiyası ilə KXDR arasındakı saziş qarşıdurma xarakteri daşımır, müdafiə xarakteri daşıyır və üçüncü ölkələrin maraqlarına qarşı yönəlməyib. Bu barədə RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Bu sənədin imzalanması iki ölkə arasında ənənəvi dostluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin görünməmiş yüksək səviyyəyə yüksəlməsinin, habelə geosiyasi vəziyyətdə davam edən dəyişikliklərin təbii nəticəsidir ki, bu da öz növbəsində iki ölkə arasında yüksək səviyyəli münasibətlərin qurulmasına, qarşılıqlı faydalı ikitərəfli qarşılıqlı fəaliyyət üçün hüquqi bazanın yenilənməsinə ehtiyac yaradır”, - Zaxarova deyib.

Onun sözlərinə görə, saziş Rusiya-Koreya əlaqələrinin daha da inkişafı üçün əsas prinsipləri ehtiva edir, iki dövlət üçün geniş spektrli prioritet sahələrdə tərəfdaşlıq və strateji əməkdaşlığın dərinləşdirilməsinə və ədalətli beynəlxalq sistemin qurulmasına yönəlib.
“Qeyd etmək lazımdır ki, bu sənəd qarşıdurma xarakteri daşımır, müdafiə xarakteri daşıyır və üçüncü ölkələrin maraqlarına qarşı yönəlməyib və Şimal-Şərqi Asiya regionunda sabitliyin qorunmasına yönəlib”, - diplomat qeyd edib.
M.Zaxarova onu da bildirib ki, Rusiya ilə KXDR arasında müqavilə məhdudiyyətsizdir.

“Rattifikasiya prosesinin yekun mərhələsi Koreya tərəfi ilə ratifikasiya sənədlərinin mübadiləsi olacaq və bundan sonra Rusiya və KXDR arasında saziş hüquqi qüvvəyə minəcək. Müqavilənin müddəti qeyri-məhduddur”, - Zaxarova deyib.

© Sputnik / Гавриил ГригоровRusiya prezidenti Vladimir Putin və KXDR prezidenti Kim Çen In
Rusiya prezidenti Vladimir Putin və KXDR prezidenti Kim Çen In
 - Sputnik Azərbaycan, 1920, 25.10.2024
Rusiya prezidenti Vladimir Putin və KXDR prezidenti Kim Çen In
İyunun 18-19-da Putinin Pxenyana səfəri zamanı Rusiya və KXDR arasında yeni Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Sənədə əsasən, tərəflərdən biri hər hansı dövlət və ya bir neçə dövlət tərəfindən silahlı hücuma məruz qalarsa və müharibə vəziyyətində olarsa, onda qarşı tərəf BMT Nizamnaməsinin 51-ci maddəsinə, Rusiya Federasiyası və KXDR qanunvericiliyinə uyğun olaraq sərəncamında olan bütün vasitələrlə dərhal hərbi və digər yardım göstərəcək.
Bundan əlavə, səkkizinci maddəyə əsasən, tərəflər müharibənin qarşısının alınması, regional və beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi maraqları naminə müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə birgə fəaliyyət mexanizmləri yaradırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
BRİKS sammiti - Sputnik Azərbaycan, 1920, 25.10.2024
RUSİYA
Şimali Koreya BRİKS-in işini diqqətlə izləyir və birliyi araşdırır – Ryabkov
Xəbər lenti
0