Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Türkiyənin BRİKS-ə qoşulması vacibdir - Peskov

© Sputnik / Valeriy Sharifulin / Mediabanka keçidRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 25.10.2024
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi onu da qeyd edib ki, birlik digər təşkilatlara rəqib kimi çıxış etmək niyyətində deyil.
BAKI, 25 oktyabr — Sputnik. Türkiyənin BRİKS-ə mümkün üzvlüyü vacibdir. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "TRT World" telekanalına müsahibəsində bildirib.
Türkiyənin assosiasiyaya qoşulması ilə bağlı suala cavab olaraq Peskov bildirib ki, BRİKS yeni üzvlərin qoşulmasını alqışlayır. Bununla belə, onun fikrincə, BRİKS-in müəyyən potensialı var və əgər o, "yüklənərsə", onun inkişafında problemlər yarana bilər.
Peskov əlavə edib ki, BRİKS üzvləri indi gələcəkdə təşkilatın işində yeni ölkələrin iştirakı prosedurunu müzakirə edirlər.

"Şübhəsiz ki, Türkiyənin BRİKS-ə qoşulması bütün üzvlər üçün vacibdir və Türkiyə dünya siyasətində çox mühüm rol oynayan regional gücdür, buna görə də hamı Türkiyəni bu prosesdə iştiraka dəvət etməkdə maraqlıdır", - Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi onu da qeyd edib ki, birlik digər təşkilatlara rəqib kimi çıxış etmək niyyətində deyil.
BRİKS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilib. Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl jurnalistlərə bildirib ki, BRİKS ilə bu və ya digər formada əməkdaşlıq etmək istəyən dövlətlərin sayı, o cümlədən assosiasiyaya üzvlük 34-ə çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0