Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov ABŞ-da seçkiöncəsi vəziyyətdən danışdı

© Sputnik / Владимир АстапковичRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 25.10.2024
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi deyib ki, Putin və Mask arasında təmaslar haqqında məlumat seçkiöncəsi prosesdə artıq son həddə çatan siyasi mübarizənin növbəti təzahürüdür.
BAKI, 25 oktyabr — Sputnik. ABŞ-da seçki yarışı zamanı siyasi mübarizə son həddə çatıb. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bu yaxınlarda Peskov ABŞ-ın "The Wall Street Journal" qəzetinin Vladimir Putinlə amerikalı iş adamı İlon Mask arasında əlaqələrin olması ilə bağlı məlumatın yalan olduğunu qeyd edib.

"Çox güman ki, Putin və Mask arasında təmaslar haqqında məlumat seçkiöncəsi prosesdə artıq son həddə çatan siyasi mübarizənin növbəti təzahürüdür və opponentlər heç nədən çəkinmirlər", - diplomat söyləyib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0