Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

NATO və Avropa ölkələri Rusiya ilə münaqişəyə hazır deyillər - KİV

© AP Photo / Geert Vanden WijngaertNATO emblemi, arxiv
NATO emblemi, arxiv - Sputnik Azərbaycan, 1920, 25.10.2024
Abunə olmaq
Nəşr qeyd edir ki, Aİ və NATO silah çatışmazlığından və onların kifayət qədər müasir olmadığından əziyyət çəkir.
BAKI, 25 oktyabr — Sputnik. Şimali Atlantika Alyansı Avropa İttifaqı (Aİ) ölkələri Rusiya ilə potensial birbaşa münaqişəyə hazır deyillər. İlk növbədə ona görə ki, onlar kəskin silah çatışmazlığı yaşayırlar. Bu barədə Ruisya mediası "Asia Times" qəzetinə istinadən xəbər verib.
Nəşr qeyd edib ki, münaqişəyə hazır olmamağın bariz nümunəsi Almaniyadır. Bu ölkənin silahları sadəcə olaraq köhnəlib və birbaşa hərbi toqquşma zamanı onlar təsirsiz olacaq. Avtomobillərin vəziyyəti isə xüsusilə kritik vəziyyətdədir.
Eyni zamanda, bütün Avropanın hava hücumundan müdafiə imkanları çox azdır. Böyük Britaniyada bunlar ümumiyyətlə yoxdur. Rusiyada hipersəs raketləri olduğu halda, belə bir "əksiklik" kritik olacaq. Pilotsuz uçuş aparatlarla da (PUA, dron) vəziyyət eynidir.

"Onları məhv etmək çətindir, Rusiyanın "Lanset" pilotsuz təyyarəsi kimi sistemlər isə müasir döyüş tanklarını və piyada döyüş maşınlarını məhv edə bilər", - nəşr bildirib.

Qəzet bu yaxınlarda qeyd edib ki, Qərb Ukraynanın Rusiya ilə münaqişədə qalib gələ bilmədiyini etiraf etməlidir. Bunu Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüş meydanında mütəmadi uğursuzluqları əyani şəkildə nümayiş etdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0