https://sputnik.az/20241024/rusiya-ile-kxdr-arasinda-terefdasliq-sazisi-mudafie-xarakteri-dasiyir---xn-468267308.html
Rusiya ilə KXDR arasında tərəfdaşlıq sazişi müdafiə xarakteri daşıyır - XİN
Rusiya ilə KXDR arasında tərəfdaşlıq sazişi müdafiə xarakteri daşıyır - XİN
Sputnik Azərbaycan
Rusiya XİN rəsmisi qeyd edib ki, bu, ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbdən artan regional və qlobal təhdidlərin qarşısını almaq üçün hazırlanmış hüquqi... 24.10.2024, Sputnik Azərbaycan
2024-10-24T14:20+0400
2024-10-24T14:20+0400
2024-10-24T14:43+0400
rusiya
rusiya
bmt
bmt
nizamnamə
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273457_0:0:3072:1728_1920x0_80_0_0_3229338b6150467985e6a88b939a59a5.jpg
BAKI, 24 oktyabr — Sputnik. Rusiya Federasiyası ilə KXDR arasında qarşılıqlı hərbi yardımın göstərilməsini nəzərdə tutan hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş müdafiə xarakteri daşıyır. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. "Müqavilənin bağlanması Moskva və Pxenyanın regional və qlobal ölçülərdə həyəcan verici hərbi-siyasi tendensiyalar fonunda öz təhlükəsizliyini təmin etmək yanaşmalarını yenidən düşünməsinin nəticəsidir", - Rudenko Dövlət Dumasında müqavilənin ratifikasiya məsələsinə baxılarkən deyib. Onun sözlərinə görə, hüquqi bazanın yenilənməsi ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbdən artan regional və qlobal təhdidlərin qarşısını almaq üçün hazırlanmış hüquqi tədbirdir. "Bu sənəd Rusiya Federasiyası ilə KXDR arasında münasibətləri müttəfiqlik səviyyəsinə gətirir", Rudenko qeyd edib. Onun sözlərinə görə, sənəd BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq tərəflərdən birinin hər hansı dövlətin hücumuna məruz qalması, bununla da özünü müharibə vəziyyətinə salması halında qarşılıqlı hərbi yardımın göstərilməsini nəzərdə tutur. "Sözügedən maddənin məzmunu açıq şəkildə göstərir ki, saziş müdafiə xarakteri daşıyır, üçüncü ölkələrin təhlükəsizliyinə qarşı yönəlməyib və Şimal-Şərqi Asiya regionunda sabitliyin qorunmasına yönəlib", nazir müavini əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273457_332:0:3063:2048_1920x0_80_0_0_7499845939303135ac1411d9cd98dec4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, bmt, bmt, nizamnamə
rusiya, bmt, bmt, nizamnamə
Rusiya ilə KXDR arasında tərəfdaşlıq sazişi müdafiə xarakteri daşıyır - XİN
14:20 24.10.2024 (Yenilənib: 14:43 24.10.2024) Rusiya XİN rəsmisi qeyd edib ki, bu, ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbdən artan regional və qlobal təhdidlərin qarşısını almaq üçün hazırlanmış hüquqi tədbirdir.
BAKI, 24 oktyabr — Sputnik. Rusiya Federasiyası ilə KXDR arasında qarşılıqlı hərbi yardımın göstərilməsini nəzərdə tutan hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş müdafiə xarakteri daşıyır. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
"Müqavilənin bağlanması Moskva və Pxenyanın regional və qlobal ölçülərdə həyəcan verici hərbi-siyasi tendensiyalar fonunda öz təhlükəsizliyini təmin etmək yanaşmalarını yenidən düşünməsinin nəticəsidir", - Rudenko Dövlət Dumasında müqavilənin ratifikasiya məsələsinə baxılarkən deyib.
Onun sözlərinə görə, hüquqi bazanın yenilənməsi ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbdən artan regional və qlobal təhdidlərin qarşısını almaq üçün hazırlanmış hüquqi tədbirdir.
"Bu sənəd Rusiya Federasiyası ilə KXDR arasında münasibətləri müttəfiqlik səviyyəsinə gətirir", Rudenko qeyd edib.
Onun sözlərinə görə, sənəd BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq tərəflərdən birinin hər hansı dövlətin hücumuna məruz qalması, bununla da özünü müharibə vəziyyətinə salması halında qarşılıqlı hərbi yardımın göstərilməsini nəzərdə tutur.
"Sözügedən maddənin məzmunu açıq şəkildə göstərir ki, saziş müdafiə xarakteri daşıyır, üçüncü ölkələrin təhlükəsizliyinə qarşı yönəlməyib və Şimal-Şərqi Asiya regionunda sabitliyin qorunmasına yönəlib", nazir müavini əlavə edib.