Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putindən Əliyevlə Paşinyan arasındakı söhbətə reaksiya

© Sputnik / Александр Казаков / Mediabanka keçidİlham Əliyev və Nikol Paşinyan, arxiv
İlham Əliyev və Nikol Paşinyan, arxiv - Sputnik Azərbaycan, 1920, 24.10.2024
Abunə olmaq
Paşinyanın BRİKS+ plenar iclasındakı çıxışından sonra Putin bu mövzunu qaldıraraq, belə qarşılıqlı fəaliyyətin sülh prosesi üçün vacibliyini vurğulayıb.
BAKI, 24 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin Kazanda keçirilən BRİKS+ sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətinə diqqət çəkib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, İlham Əliyevlə Paşinyan arasında Mavritaniya prezidentinin çıxışı zamanı baş tutan canlı söhbət hər kəsin diqqətini cəlb etsə də, sammitin ümumi müzakirəsinə mane olmayıb.
Paşinyanın BRİKS+ plenar iclasındakı çıxışından sonra Putin bu mövzunu qaldıraraq, belə qarşılıqlı fəaliyyətin sülh prosesi üçün vacibliyini vurğulayıb.
"Qeyd etmək çox xoşdur ki, sərhədlərin demarkasiyası və delimitasiyası prosesi başlayıb. Bu, sülh müqaviləsinə aparan düzgün yoldur və bu gün Azərbaycan Prezidenti ilə fikir mübadiləsi apara bilməyiniz bizim üçün müsbət hadisədir", - Putin bildirib.
Rusiya lideri Paşinyanın qeyd etdiyi logistik layihələrin əhəmiyyətini də diqət çəkib, Ermənistanın Azərbaycan və regionun digər ölkələri ilə əməkdaşlığa müsbət münasibətinin Moskva üçün vacib olduğunu vurğulayıb: "Xüsusilə, regionda logistika dəhlizlərinin inkişafında Azərbaycanın rolu çox böyükdür. Onun Rusiya və digər BRİKS ölkələri ilə artan ticarət dövriyyəsinin həcmi də böyük əhəmiyyət kəsb edir"
Xəbər lenti
0