https://sputnik.az/20241202/agentlik-xaricde-tehsil-almaq-isteyenlere-cagiris-edib-468275832.html
Xaricdə pulsuz oxumaq istəyənlərin nəzərinə
Xaricdə pulsuz oxumaq istəyənlərin nəzərinə
Sputnik Azərbaycan
Təqaüd proqramına sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 5 yanvar 2025-ci il saat 23:59-a kimi aparılacaq. 02.12.2024, Sputnik Azərbaycan
2024-12-02T14:41+0400
2024-12-02T14:41+0400
2024-12-02T14:41+0400
təhsil
təhsil
agentlik
çağırış
media
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681094_0:0:3072:1728_1920x0_80_0_0_149719483191f625cf4233918818a1da.jpg
BAKI, 2 dekabr — Sputnik. Macarıstanda 2025-2026-cı tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsillə bağlı sənəd qəbulu başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Elm və Ali Təhsil üzrə Dövlər Agentliyindən məlumat verilib. Bildirilib ki, proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüdlə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı yaradır. Təqaüd proqramına sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 5 yanvar 2025-ci il saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (Tempus Public Foundation) yekun qərarının 2025-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz. 24.10.24, 21:54Agentlik xaricdə təhsil almaq istəyənlərə çağırış edibSon dövrlər sosial media hesablarında ölkədən kənara çıxmadan əyani formada xaricdə magistratura səviyyəsi üzrə təhsil alına biləcəyi və sonda diplomların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən rəsmi qaydada tanınacağı vədi verilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaydığı məlumatda deyilib. Bildirilib ki, TKTA xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır: "Xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması ilə bağlı icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" əsasında həyata keçirilir və Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur". "Xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq", - deyə məlumatda qeyd edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461681094_211:0:2942:2048_1920x0_80_0_0_c82c4a6f016df042517bce93721de27f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təhsil, agentlik, çağırış, media
təhsil, agentlik, çağırış, media
Xaricdə pulsuz oxumaq istəyənlərin nəzərinə
Təqaüd proqramına sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 5 yanvar 2025-ci il saat 23:59-a kimi aparılacaq.
BAKI, 2 dekabr — Sputnik. Macarıstanda 2025-2026-cı tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsillə bağlı sənəd qəbulu başlayıb. Bu barədə Sputnik Azərbaycan-a Elm və Ali Təhsil üzrə Dövlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüdlə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 5 yanvar 2025-ci il saat 23:59-a kimi aparılacaq.
Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (Tempus Public Foundation) yekun qərarının 2025-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla
elan vasitəsilə tanış ola bilərsiniz.
Agentlik xaricdə təhsil almaq istəyənlərə çağırış edib
Son dövrlər sosial media hesablarında ölkədən kənara çıxmadan əyani formada xaricdə magistratura səviyyəsi üzrə təhsil alına biləcəyi və sonda diplomların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən rəsmi qaydada tanınacağı vədi verilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaydığı məlumatda deyilib.
Bildirilib ki, TKTA xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır:
"Xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması ilə bağlı icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" əsasında həyata keçirilir və Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur".
"Xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq", - deyə məlumatda qeyd edilib.