https://sputnik.az/20241023/xankendinde-olen-ermeni-ile-bagli-resmi-aciqlama-468231559.html
Xankəndində ölən erməni ilə bağlı rəsmi açıqlama
Xankəndində ölən erməni ilə bağlı rəsmi açıqlama
Sputnik Azərbaycan
Xankəndinin erməni sakini vəfat edib
2024-10-23T11:42+0400
2024-10-23T11:42+0400
2024-10-23T11:46+0400
xankəndi
qarabağ
səhiyyə nazirliyi
azərbaycan səhiyyə nazirliyi
ağciyər
erməni
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/16/425789956_0:0:3156:1776_1920x0_80_0_0_e1d59fe4cd1d084563e99265e4372287.jpg
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xankəndi şəhərində ölən erməni ilə bağlı məlumat yayıb. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməni əsilli 1954-cü il təvəllüdlü Aqasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib. Ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub. Keçirilən məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub. Aqasyan Vera Varaşakovna Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olmuş, eyni zamanda ona lazımi sosial müdafiə dəstəyi göstərilmişdir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/16/425789956_427:0:3156:2047_1920x0_80_0_0_d8d4a50d06eb47f737518a5cc3a81191.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xankəndi, erməni sakin ölüb
xankəndi, erməni sakin ölüb
Xankəndində ölən erməni ilə bağlı rəsmi açıqlama
11:42 23.10.2024 (Yenilənib: 11:46 23.10.2024) Ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub.
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xankəndi şəhərində ölən erməni ilə bağlı məlumat yayıb.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Xankəndi şəhər sakini, erməni əsilli 1954-cü il təvəllüdlü Aqasyan Vera Varaşakovna oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı ünvanda vəfat edib.
Ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi ekspertiza təyin olunub. Keçirilən məhkəmə-tibbi ekspertizanın ilkin məlumatlarına görə, 70 yaşlı qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub.
Aqasyan Vera Varaşakovna Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən həkim müayinəsində olmuş, eyni zamanda ona lazımi sosial müdafiə dəstəyi göstərilmişdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.