Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin sədrliyi ilə BRİKS sammitinin dar tərkibdə iclası başlayıb

© Sputnik / Кристина КормилицынаRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 23.10.2024
Abunə olmaq
İştirakçılar gələcək maliyyə əməkdaşlığı kontekstində yaranan vəziyyəti və genişlənmə məsələsini müzakirə edəcəklər.
BAKI, 23 oktyabr — Sputnik. Kazanda Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə BRİKS sammitinin dar tərkibdə iclası başlayıb.
Məhdud tərkibdə keçiriləcək görüşdə nümayəndə heyətlərinin rəhbərləri qlobal gündəliyin ən aktual aspektlərini müzakirə etməyi, BRİKS dövlətləri arasında beynəlxalq arenada əməkdaşlıq mövzusu, o cümlədən bir sıra kəskin regional münaqişələrin həlli ilə bağlı fikir mübadiləsi aparmağı planlaşdırırlar. İştirakçılar, həmçinin assosiasiya çərçivəsində gələcək maliyyə əməkdaşlığı kontekstində yaranan vəziyyəti və iştirakçıların sayının daha da genişləndirilməsi məsələsini müzakirə edəcəklər.
BRİKS liderləri bir gün əvvəl ünsiyyətə başlayıblar. Kazan şəhər meriyasında sammitin nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə qeyri-rəsmi nahar keçirilib.
Oktyabrın 22-də 36 ölkə və 6 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi Kazan BRİKS sammiti işə başlayıb. Sammit ədalətli qlobal inkişaf və təhlükəsizlik naminə çoxtərəfliliyin gücləndirilməsi devizi altında keçirilən Rusiya Federasiyasının assosiasiyaya sədrliyi çərçivəsində yekun tədbir olacaq.
***
Putin Kazanda BRİKS sammitinin keçirildiyi əraziyə gəlib
Rusiya Prezidenti Vladimir Putin BRİKS sammitinin keçiriləcəyi Kazan Expo sərgi mərkəzinə gəlib.
Bu barədə Rusiya KİV məlumat verib.
Çərşənbə günü forumda BRİKS sammitinin dar və geniş tərkibdə görüşləri planlaşdırılır.
Bundan əlavə, Putin dünya liderləri ilə bir sıra ikitərəfli təmaslar keçirməyi planlaşdırır.
Xatırladaq ki, oktyabrın 22-də 36 ölkə və 6 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi Kazan BRİKS sammiti işə başlayıb. Sammit ədalətli qlobal inkişaf və təhlükəsizlik naminə çoxtərəfliliyin gücləndirilməsi devizi altında keçirilən Rusiya Federasiyasının assosiasiyaya sədrliyi çərçivəsində yekun tədbir olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0