https://sputnik.az/20241023/putin-dollardan-silah-kimi-istifade-etmeyi-sehv-adlandirib-468249501.html
Putin dollardan silah kimi istifadə etməyi səhv adlandırıb
Putin dollardan silah kimi istifadə etməyi səhv adlandırıb
Sputnik Azərbaycan
RF lideri Rusiyanın dollardan imtina etmədiyini, əksinə, onun əvəzini axtarmağa məcbur olduğunu bildirib. 23.10.2024, Sputnik Azərbaycan
2024-10-23T18:44+0400
2024-10-23T18:44+0400
2024-10-23T18:44+0400
dollar
rusiya
briks
putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372821_0:0:2932:1649_1920x0_80_0_0_7bfa679fd8ec0418d393e400f718a0aa.jpg
BAKI, 23 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının dollardan imtina etmədiyini, əksinə, onun əvəzini axtarmağa məcbur olduğunu bildirib. Rusiya lideri Kazanda keçirilən BRİKS sammitində valyuta bazarındakı vəziyyəti şərh edib. "Biz imtina etmirik, dollarla mübarizə aparmırıq, ancaq bizə onunla işləməyimizə icazə verilmirsə, o zaman biz nə edək?", Putin Kremlin dollarla bağlı siyasətini izah edib. Prezidentin sözlərinə görə, hazırda ABŞ valyutasından silah kimi istifadə edilir ki, bu da Vaşinqtonun səhvidir və bu makromaliyyə alətinin imkanlarını azaldaraq ona olan inamı sarsıdır. Bundan əvvəl "The Economist" yazıb ki, BRİKS sammitində Putin ABŞ dollarının çökməsi planını təqdim edəcək. BRİKS doqquz ölkənin birliyidir: Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, İran, BƏƏ, Misir və Efiopiya. Təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaranıb. 2009-cu ildən etibarən BRİKS ölkələrinin hökumətləri rəsmi sammitlərdə görüşürlər. Onlarla yanaşı, xarici işlər, maliyyə və digər nazirlər səviyyəsində də görüşlər keçirilir. Bu yaxınlarda dolların dünya ehtiyatlarında payı 1995-ci ildən bəri ilk dəfə olaraq 58,41%-dən aşağı düşüb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372821_155:0:2886:2048_1920x0_80_0_0_7284511974479739c8c84ffdb9bc550b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dollar, briks , putin, vladimir putin
dollar, briks , putin, vladimir putin
Putin dollardan silah kimi istifadə etməyi səhv adlandırıb
RF lideri Rusiyanın dollardan imtina etmədiyini, əksinə, onun əvəzini axtarmağa məcbur olduğunu bildirib.
BAKI, 23 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının dollardan imtina etmədiyini, əksinə, onun əvəzini axtarmağa məcbur olduğunu bildirib. Rusiya lideri Kazanda keçirilən BRİKS sammitində valyuta bazarındakı vəziyyəti şərh edib.
"Biz imtina etmirik, dollarla mübarizə aparmırıq, ancaq bizə onunla işləməyimizə icazə verilmirsə, o zaman biz nə edək?", Putin Kremlin dollarla bağlı siyasətini izah edib.
Prezidentin sözlərinə görə, hazırda ABŞ valyutasından silah kimi istifadə edilir ki, bu da Vaşinqtonun səhvidir və bu makromaliyyə alətinin imkanlarını azaldaraq ona olan inamı sarsıdır.
Bundan əvvəl "The Economist" yazıb ki, BRİKS sammitində Putin ABŞ dollarının çökməsi planını təqdim edəcək.
BRİKS doqquz ölkənin birliyidir: Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, İran, BƏƏ, Misir və Efiopiya. Təşkilat 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaranıb.
2009-cu ildən etibarən BRİKS ölkələrinin hökumətləri rəsmi sammitlərdə görüşürlər. Onlarla yanaşı, xarici işlər, maliyyə və digər nazirlər səviyyəsində də görüşlər keçirilir.
Bu yaxınlarda dolların dünya ehtiyatlarında payı 1995-ci ildən bəri ilk dəfə olaraq 58,41%-dən aşağı düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.