Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

İctimai nəqliyyatda üztanıma ilə ödənişlərə başlanılacaq

© Sputnik / Elvin AhmadBakıda avtobus, arxiv
Bakıda avtobus, arxiv - Sputnik Azərbaycan, 1920, 23.10.2024
Abunə olmaq
Tamerlan Məşədihəsənli deyib ki, Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlıq çərçivəsində inteqrasiyaların həyata keçirilməsi gözlənilir.
BAKI, 23 oktyabr — Sputnik. Azərbaycanda dəmiryollarında üztanıma ilə ödənişlərə başlanılacaq. Sputnik Azərbaycan "APA-Economics"ə istinadən xəbər verir ki, bunu bu gün "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusuna həsr edilmiş Azərbaycan Mikromaliyyə Konfransında çıxışı zamanı "Sima Pay" "Azintelekom"un məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli deyib.
O bildirib ki, Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlıq çərçivəsində inteqrasiyaların həyata keçirilməsi gözlənilir. Bundan sonra dəmiryolu stansiyalarında "Sima Pay"lə ödəniş etmək mümkün olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0