Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Yağışa görə marşrut xətləri dəyişilib!

© Photo : Baku Transport AgencyBakıda avtobus, arxiv
Bakıda avtobus, arxiv - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Abunə olmaq
AYNA-dan bildirilib ki, bu dəyişiklik sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə aparılıb.
BAKI, 22 oktyabr — Sputnik. İntensiv yağışlar nəticəsində tunellərin su ilə dolması bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub. Bu barədə AYNA-dan Sputnik Azərbaycan-a məıumat verilib.
Xəbərdə bildirilir ki, 191 nömrəli marşrut xətti Q.Qarayev – Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinədək fəaliyyət göstərir.
161 nömrəli marşrut xətti: Hövsan – Hövsan Zığ şosesi ilə hərəkət edərək Suraxanı istiqamətinə davam edir.
Koroğlu NMM-dən çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Dərnəgül prospekti ilə "Koroğlu" stansiyasının "piramida" çıxışı qarşısından fəaliyyətlərini davam etdirirlər. Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə bu dəyişikliklər həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0