https://sputnik.az/20241022/putin-modi-ile-gorusdu-muhum-qerarlar-qebul-edilmelidir-468213484.html
Putin Modi ilə görüşdü: mühüm qərarlar qəbul edilməlidir
Putin Modi ilə görüşdü: mühüm qərarlar qəbul edilməlidir
Sputnik Azərbaycan
Rusiya prezidenti əlavə edib ki, Hindistanın Rusiyadakı diplomatik mövcudluğunun genişləndirilməsi ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcək. 22.10.2024, Sputnik Azərbaycan
2024-10-22T15:17+0400
2024-10-22T15:17+0400
2024-10-22T15:57+0400
rusiya
narendra modi
hindistan
rusiya
rusiya prezidenti vladimir putin
briks
kazan
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/16/468214230_0:48:3072:1775_1920x0_80_0_0_5cff74f2028a0ef855fe8d30c4bddfd1.jpg
BAKI, 22 oktyabr — Sputnik. Moskva Hindistanın Kazanda baş konsulluq açmaq qərarını alqışlayır, bu addım iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcək. Bunu Rusiya prezidenti Vladimir Putin deyib. Tatarıstanın paytaxtında Modi ilə danışıqlarda Putin deyib ki, Hindistanın Kazanda baş konsulluğunu açmaq qərarını alqışlayırıq. Rusiya prezidenti əlavə edib ki, Hindistanın Rusiyadakı diplomatik mövcudluğunun genişləndirilməsi ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcək. Putin bildirib ki, Kazanda keçirilən sammitdə BRİKS liderləri assosiasiya çərçivəsində əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün mühüm qərarlar qəbul etməlidirlər. Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçiriləcək. BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur.2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir.Cari ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRİKS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. Bu ilin iyulunda Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq üçü rəsmi müraciət edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
kazan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/16/468214230_153:0:2884:2048_1920x0_80_0_0_62834f0d3f294d3f8f5ec687eece192f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
narendra modi, hindistan, rusiya, rusiya prezidenti vladimir putin, briks , kazan
narendra modi, hindistan, rusiya, rusiya prezidenti vladimir putin, briks , kazan
Putin Modi ilə görüşdü: mühüm qərarlar qəbul edilməlidir
15:17 22.10.2024 (Yenilənib: 15:57 22.10.2024) Rusiya prezidenti əlavə edib ki, Hindistanın Rusiyadakı diplomatik mövcudluğunun genişləndirilməsi ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcək.
BAKI, 22 oktyabr — Sputnik. Moskva Hindistanın Kazanda baş konsulluq açmaq qərarını alqışlayır, bu addım iki ölkə arasında ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcək. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Tatarıstanın paytaxtında Modi ilə danışıqlarda Putin deyib ki, Hindistanın Kazanda baş konsulluğunu açmaq qərarını alqışlayırıq.
Rusiya prezidenti əlavə edib ki, Hindistanın Rusiyadakı diplomatik mövcudluğunun genişləndirilməsi ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcək.
Putin bildirib ki, Kazanda keçirilən sammitdə BRİKS liderləri assosiasiya çərçivəsində əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün mühüm qərarlar qəbul etməlidirlər.
Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçiriləcək. BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur.
2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir.
Cari ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRİKS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. Bu ilin iyulunda Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq üçü rəsmi müraciət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.