Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nebenzya: Kiyevin Kursk avantürası sülh nizamlanması perspektivlərini uzaqlaşdırıb

© Sputnik / Сергей ГунеевRusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vasili Nebenzya
Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vasili Nebenzya  - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Abunə olmaq
Diplomat qeyd edib ki, dünyanın bütün dövlətləri tərəfindən tanınan Rusiya ərazisinə hücum etməklə USQ uzun illər xəbərdarlıq etdiyimiz terror və aqressiv xarakterini bütün dünyaya nümayiş etdiriblər.
BAKI, 21 oktyabr — Sputnik. Kiyevin Kursk avantürası Ukrayna münaqişəsinin sülh yolu ilə həlli perspektivlərini uzaqlaşdırıb. Bir çox ölkə bunu başa düşür. Bunu Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Vasili Nebenzya deyib.

"Şübhəsiz, bir çox dövlətlər bizim arqumentlərimizi və izahatlarımızı dərk edərək başa düşürlər ki, Kursk avantürası yalnız sülh yolu ilə həll perspektivlərini perspektivlərini uzaqlaşdırıb. Üstəlik, dünyanın bütün dövlətləri tərəfindən tanınan Rusiya ərazisinə hücum etməklə Ukrayna Silahlı Qüvvələri (USQ) uzun illər xəbərdarlıq etdiyimiz terror və aqressiv xarakterini bütün dünyaya nümayiş etdiriblər", - diplomat bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski özü də "The New Yorker"ə verdiyi müsahibədə USQ-nin Kursk vilayətinə hücum əməliyyatını böyük uğur adlandıra bilməyəcəyini, həmçinin Rusiya regionuna hücumun münaqişənin sona çatmasına kömək edəcəyinə inanmadığını etiraf edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0