Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hindistan Rusiya və Ukraynaya münaqişənin həllində yardım göstərməyə hazırdır - Modi

© Sputnik / Александр Казаков / Фотохост-агентство brics-russia2024.ru / Mediabanka keçidHindistanın baş naziri Narendra Modi
Hindistanın baş naziri Narendra Modi - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Abunə olmaq
Hindistanın baş naziri onu da bildirib ki, Rusiya və Ukrayna arasında münaqişə sülh yolu ilə həll edilməlidir, Hindistan buna mümkün yardımı göstərməyə hazırdır.
BAKI, 22 oktyabr — Sputnik. Dünyanın bir çox ölkəsi "bizim assosiasiyamız" BRİKS-ə qoşulmaq istəyir. Bunu Hindistanın baş naziri Narendra Modi Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Hindistanın baş naziri deyib ki, BRİKS çərçivəsində müzakirələri səbirsizliklə gözləyir.
Oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçiriləcək. BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir.
Cari ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub. Bəyannamənin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRİKS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb. Bu ilin iyulunda Azərbaycan tərəfi BRİKS-ə daxil olmaq üçü rəsmi müraciət edib.
Modi onu da bildirib ki, Rusiya və Ukrayna arasında münaqişə sülh yolu ilə həll edilməlidir, Hindistan buna mümkün yardımı göstərməyə hazırdır.

"Rusiya ilə Ukrayna arasında davam edən münaqişə ilə bağlı biz müntəzəm əlaqə saxlayırıq. Əvvəllər də dediyim kimi, biz hesab edirik ki, problemlər sülh yolu ilə həll edilməlidir. Sülh və sabitliyin tezliklə bərpa olunmasını tam dəstəkləyirik. Biz bütün səylərimizdə sülhəstünlük veririk və gələcəkdə mümkün olan hər cür yardımı göstərməyə hazırıq", - Modi bildirib.

Bundan əvvəl Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar bildirib ki, Hindistan həm Rusiya, həm də Ukrayna ilə danışa bilən nadir ölkələrdən biridir. Modinin Hindistanın baş naziri kimi üçüncü müddətinin ilk 100 günündə əldə etdiyi nailiyyətləri sadalayan Caişankar, onun Moskva və Kiyevə səfərlərinin baş nazirin bu müddət ərzində atdığı ən mühüm addım olduğunu söyləyib.
Modi 8-9 iyul tarixlərində Rusiyaya səfər edib. Bu onun Rusiya Federasiyasına beş ildə ilk səfəri olub. O, Putinlə Novo-Oqaryovoda qeyri-rəsmi şəraitdə görüşüb.
Avqustun 23-də Hindistanın baş naziri Ukraynaya səfər edib və burada Vladimir Zelenski ilə danışıqlar aparıb. Daha əvvəl Modi bildirib ki, Hindistan və şəxsən o, Ukraynadakı münaqişənin sona çatması üçün töhfə verməyə və istənilən rolu oynamağa hazırdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0