Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

DYP yağışın törətdiyi fəsadlarla bağlı müraciət yayıb

© Sputnik / Murad OrujovBakıda yağışlı hava, arxiv
Bakıda yağışlı hava, arxiv - Sputnik Azərbaycan, 1920, 22.10.2024
Abunə olmaq
İdarə paytaxtın bir neçə istiqamətində nəqliyyatın hərəkətində çətinliyin yarandığını bildirib.
BAKI, 22 oktyabr - Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yağışın törətdiyi fəsadlarla əlaqədar sürücülərə müraciət edib.
İdarə paytaxtın bir neçə istiqamətində nəqliyyatın hərəkətində çətinliyin yarandığını bildirib.
“Yağışın davamlı olaraq yağması nəticəsində hazırda paytaxtın Nərimanov rayonu Bağırov körpüsünün altında, Sabunçu rayonu "Komsomol dairəsi" və Xətai rayonu “Nargilə dairəsi” adlanan ərazilərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb”, – müraciətdə diqqətə çatdırılıb.
Qeyd olunub ki, polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
“Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər”, – müraciətdə vurğulanıb.
Xəbər lenti
0