https://sputnik.az/20241019/468168842.html
Magistral su və kanalizasiya xətlərinin üzərində 100-ə qədər evin inşasına kim göz yumub?
Magistral su və kanalizasiya xətlərinin üzərində 100-ə qədər evin inşasına kim göz yumub?
Sputnik Azərbaycan
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qeyd olunan ərazidəki acınacaqlı vəziyyət barədə müvafiq qurumları məlumatlandırıbmış. 19.10.2024, Sputnik Azərbaycan
2024-10-19T14:42+0400
2024-10-19T14:42+0400
2024-10-19T14:47+0400
paytaxt xəbərləri
azərsu
ev
magistral
xətai rayonu
qəza
kollektor
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/13/468168914_0:0:1280:721_1920x0_80_0_0_62bba6053c8621902bac34bd945b6b9d.jpg
BAKI, 19 oktyabr - Sputnik. Paytaxt beton konstruksiyadan ibarət qutu tipli kollektorlarından birində maraqlı, lakin çox təhlükəli qəza baş verib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki diameri 1200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadrat metr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fərdi yaşayış evi tikilib.Bildirilir ki, hadisə oktyabrın 12-də baş verib.Qeyd olunur ki, məlumat daxil olduqdan sonra qəza-bərpa dəstələri dərhal əraziyə cəb edilib, fasiləsiz iş rejimində qəzanın-bərpa işlərinin icrasına başalanılıb. Lakin ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır:Vurğulanır ki, kollektorların üzərində yerləşən tikililərin inşasına 1998-ci ildə razılıq verilib. Qeyd edilən dövrdə kanalizasiya təsərrüfatı, kollektor sistemi müvafiq icra hakimiyyətinin balansında və istsimarında olub.O da vurğulanır ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil olunan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidəki acınacaqlı vəziyyət barədə müvafiq qurumları məlumatlandırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0a/13/468168914_0:0:1280:960_1920x0_80_0_0_875b8e6abbb35290d7aeb562cbdac9e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərsu, ev, magistral, xətai rayonu, qəza, kollektor
azərsu, ev, magistral, xətai rayonu, qəza, kollektor
Magistral su və kanalizasiya xətlərinin üzərində 100-ə qədər evin inşasına kim göz yumub?
14:42 19.10.2024 (Yenilənib: 14:47 19.10.2024) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qeyd olunan ərazidəki acınacaqlı vəziyyət barədə müvafiq qurumları məlumatlandırıbmış.
BAKI, 19 oktyabr - Sputnik. Paytaxt beton konstruksiyadan ibarət qutu tipli kollektorlarından birində maraqlı, lakin çox təhlükəli qəza baş verib. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki diameri 1200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadrat metr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fərdi yaşayış evi tikilib.
"Ağır konstruksiyadan ibarət 2 mərtəbəli tikilinin inşası kollektorun boru və qurğularına texniki qulluğu qeyri-mümkün edir. Bununla yanaşı, tikilinin səbəb olduğu ağır yüklənmə kollektorun sıradan çıxmasına və qəzalı vəziyyətin yaranmasına yol açıb", - məlumatda deyilir.
Bildirilir ki, hadisə oktyabrın 12-də baş verib.
Qeyd olunur ki, məlumat daxil olduqdan sonra qəza-bərpa dəstələri dərhal əraziyə cəb edilib, fasiləsiz iş rejimində qəzanın-bərpa işlərinin icrasına başalanılıb. Lakin ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır:
"Bu müddətdə fərdi yaşayış evi də təhlükəli vəziyyətə düşüb, hər an üça bilər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xisməti bu ərazidə belə hadisələrin baş verə biləcəyi ilə bağlı dəfələrlə həm tikili sahiblərini, həm də müvafiq qurumları məlumatlandırıb, səlahiyyəti çərçivəsində digər tədbirlər görüb".
Vurğulanır ki, kollektorların üzərində yerləşən tikililərin inşasına 1998-ci ildə razılıq verilib. Qeyd edilən dövrdə kanalizasiya təsərrüfatı, kollektor sistemi müvafiq icra hakimiyyətinin balansında və istsimarında olub.
"2004-cü ildə "Azərsu" ASC yardılarkən kanalizasiya təsərrüfatı mövcud problemli vəziyyətdə idarə olunması üçün qurumun balansına verilib. İstismar prosesində texniki baxış keçirilərkən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistralların, boru kəmərləri və digər texniki qurğularin mühafizə zonalarında pozulma halları müəyyənləşdirilib. Xətai rayonu ərazisində kollektorların, magistral xəttlərin üzərində yüzə yaxın ev tikilib."
O da vurğulanır ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil olunan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidəki acınacaqlı vəziyyət barədə müvafiq qurumları məlumatlandırıb.
"Qısa araşdırmadan o da məlum olub ki, sakinlərin təqdim etdiyi torpaq sahəsi, sənədlər icra hakimiyyəti tərəfindən verilib və sənədləşdirilib. Belə qənaətə gəlmək olar ki, müvafiq icra hakimiyyəti orqanları ötən dövrlərdə magistral su və kanalizasiya xətlərinin üzərində evlərin tikintisinə icazə verib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.