https://sputnik.az/20241018/yollarin-baglanma-sebebi-aciqlandi---resmi-468142282.html
Yolların bağlanma səbəbi açıqlandı - Rəsmi
Yolların bağlanma səbəbi açıqlandı - Rəsmi
Sputnik Azərbaycan
Hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, eləcə də Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov... 18.10.2024, Sputnik Azərbaycan
2024-10-18T23:24+0400
2024-10-18T23:24+0400
2024-10-18T23:24+0400
yol
paytaxt xəbərləri
cop29
mikayıl müşfiq
zığ şosesi
https://cdnn1.img.sputnik.az/img/42428/28/424282884_0:320:3072:2048_1920x0_80_0_0_0c8a634eef08a6bbff0063342bb60bdc.jpg
BAKI, 18 oktyabr — Sputnik. Oktyabrın 19-dan 20-nə keçən gecə saat 02 radələrindən 06 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Hava limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Bakı Şəhər DYP İdarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, eləcə də Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edə bilərlər. Şəhərin mərkəzinə doğru isə sürücülər Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər. Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42428/28/424282884_180:0:2911:2048_1920x0_80_0_0_0e47bfb2fa601dd464fcaf28878cd9e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yol, cop29, mikayıl müşfiq, zığ şosesi
yol, cop29, mikayıl müşfiq, zığ şosesi
Yolların bağlanma səbəbi açıqlandı - Rəsmi
Hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, eləcə də Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edə bilərlər.
BAKI, 18 oktyabr — Sputnik. Oktyabrın 19-dan 20-nə keçən gecə saat 02 radələrindən 06 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Hava limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Bakı Şəhər DYP İdarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, eləcə də Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edə bilərlər.
Şəhərin mərkəzinə doğru isə sürücülər Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər.
Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.