https://sputnik.az/20241018/dord-ay-komada-olan-herbi-qulluqcumuz-dunyasini-deyisib-462236137.html
Azərbaycan Ordusunun hərbi qulluqçusu özünü öldürüb - Gəncə hərbi prokurorluğu təsdiqlədi
Azərbaycan Ordusunun hərbi qulluqçusu özünü öldürüb - Gəncə hərbi prokurorluğu təsdiqlədi
Sputnik Azərbaycan
Gəncə prokurorluğu hərbi qulluqçunun intiharını təsdiqlədi
2024-10-18T19:24+0400
2024-10-18T19:24+0400
2024-10-18T19:26+0400
hadisə
hərbi qulluqçu
antiterror əməliyyatı
antitterror əməliyyatı
vəfat
vəfat
koma
şəhid
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460405_0:94:1800:1107_1920x0_80_0_0_142f709a55b184b1aecc69cb951d089a.jpg
BAKI, 18 oktyabr - Sputnik. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.Bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.Onun sözlərinə görə, daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq zəruri istintaq hərəkətləri həyata keçirilib."Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq" - F.Əliyev Report-a bildirib.06.10.24, 21:22Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.“Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsədli Əsgər Firuz oğlunun səhhətinin qəfil pisləşməsi səbəbindən tibb müəssisəsinə təxliyə olunarkən kəskin ürək və ağciyər çatışmazlığından vəfat etməsi faktını təsdiq edirik.Faktla bağlı araşdırma aparılır.Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.Allah rəhmət etsin!”, - nazirlikdən bildirilib.15.07.24, 21:38Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olubAzərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır."Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir" - məlumatda vurğulanıb.Hərbi qulluqçunun ölümü barədə detallar açıqlanmayıb.07.04.24, 23:11Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib.Bu barədə Müdafiə Nazirliyindən bildirilib.Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.Allah rəhmət etsin!28.01.242023-cü il sentyabrın 19-da düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı şəhərində vəfat edib.APA-nın yerli bürosunun məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur.Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.Bu barədə APA-nın yerli bürosuna Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460405_100:0:1700:1200_1920x0_80_0_0_208a5acbf8f46e29a125ffc7fc206d0d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycanın hərbi qulluqçusu, intihar, özünü güllələyib, gəncədə
azərbaycanın hərbi qulluqçusu, intihar, özünü güllələyib, gəncədə
Azərbaycan Ordusunun hərbi qulluqçusu özünü öldürüb - Gəncə hərbi prokurorluğu təsdiqlədi
19:24 18.10.2024 (Yenilənib: 19:26 18.10.2024) Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq zəruri istintaq hərəkətləri həyata keçirilib.
BAKI, 18 oktyabr - Sputnik. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Gözəlov Novruz Fikrət oğlunun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Onun sözlərinə görə, daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq zəruri istintaq hərəkətləri həyata keçirilib.
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq" - F.Əliyev Report-a bildirib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Azərbaycan Ordusunun hərbi qulluqçusu Əsədli Əsgər Firuz oğlunun səhhətinin qəfil pisləşməsi səbəbindən tibb müəssisəsinə təxliyə olunarkən kəskin ürək və ağciyər çatışmazlığından vəfat etməsi faktını təsdiq edirik.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Allah rəhmət etsin!”, - nazirlikdən bildirilib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub
Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir" - məlumatda vurğulanıb.
Hərbi qulluqçunun ölümü barədə detallar açıqlanmayıb.
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əmrahov İmran Rahim oğlu tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
2023-cü il sentyabrın 19-da düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı şəhərində vəfat edib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur.
Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.
Bu barədə APA-nın yerli bürosuna Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.