Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Rusiya Federasiyası Qazaxıstanın BRİKS-ə qoşulmamaq qərarına hörmətlə yanaşır

© Sputnik / Максим Богодвид / Фотохост-агентство brics-russia2024.ru / Mediabanka keçidBRİKS
BRİKS - Sputnik Azərbaycan, 1920, 17.10.2024
Abunə olmaq
Peskov, Tokayevin Kazanda keçiriləcək BRİKS sammitində iştirakını regionlararası və beynəlxalq əməkdaşlığın inkişafına istənilən halda böyük töhfə olacağını vurğulayıb.
BAKI, 17 oktyabr — Sputnik. Rusiya Qazaxıstanın BRİKS-ə qoşulmaqdan çəkinməsi və BMT ilə əməkdaşlığı davam etdirmək qərarına hörmətlə yanaşır.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Qazaxıstan bizim dostumuz və strateji tərəfdaşımız, müttəfiqimizdir. Biz münasibətlərimizi qiymətləndiririk. Qazaxıstan müxtəlif təşkilatlarda iştirak formatına özü qərar verir. BRİKS BMT-ni əvəz etməyə çalışan bir assosiasiya deyil. O, BMT-ni tamamlayır və təşkilatın universal xarakterinə zidd deyil", - Kreml rəsmisi şərh edib.
O əlavə edib ki, Rusiya tərəfi Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİKS sammitinə gəlişini "səbirsizliklə gözləyir".
"İstənilən halda Tokayevin iştirakı regionlararası və beynəlxalq əməkdaşlığın inkişafına böyük töhfə olacaq" - Peskov vurğulayıb.
Dövlət başçısının mətbuat katibi Uali Berik müsahibələrinin birində Qazaxıstanın BRİKS-ə qoşulmaq üçün ərizə verməsini hələlik təxirə salmaq qərarı barədə danışıb. O qeyd edib ki, ölkə hazırda universal və mübahisəsiz beynəlxalq təşkilat kimi BMT-yə üstünlük verir.
Xəbər lenti
0