Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada qeyri-qanuni miqrasiyanı rədd edən hüquqi mühit yaradılır - Volodin

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçidRusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 16.10.2024
Abunə olmaq
Dövlət Dumasının sədri hesab edir ki, çətin ki, ağlı başında olan hər hansı miqrant belə qaydaların tətbiq olunduğu dövlətin ərazisinə icazəsiz daxil olsun.
BAKI, 16 oktyabr — Sputnik. Dövlət Duması Rusiya daxilində hüquqi mühit yaradır. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Volodin deyib ki, qeyri-qanuni miqrasiyanın qarşısı alınmalı, əgər qeyri-qanuni miqrant ölkəyə gələrsə, hər hansı bir qanun pozuntusuna yol verərsə, ciddi şəkildə cəzalandırılmalıdır.
Bundan əvvəl Dövlət Duması plenar iclasda qanunsuz miqrantın cinayət törətməsini ağırlaşdırıcı hal kimi tanıyan qanun layihəsini birinci oxunuşda qəbul edib.
Onun fikrincə, çətin ki, ağlı başında olan hər hansı miqrant belə qaydaların tətbiq olunduğu dövlətin ərazisinə icazəsiz daxil olsun.
Bundan əvvəl Dövlət Duması plenar iclasda qeyri-qanuni miqrasiyanın təşkilini xüsusilə ağır cinayət kimi təsnif edən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0