Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya silahı: ABŞ-ın "Counter" lazerinə qarşı "KVN" FPV-dronu

© Sputnik / Евгений Биятов / Mediabanka keçidFPV-dron
FPV-dron - Sputnik Azərbaycan, 1920, 16.10.2024
Abunə olmaq
Sputnik-in hərbi icmalçısı qeyd edib ki, "Maşınların müharibəsi" Rusiyanın XHƏ-nin reallığlna çevrilib və keyfiyyətcə yeni texnoloji səviyyəyə çatır.
BAKI, 16 oktyabr — Sputnik. ABŞ və digər NATO ölkələrinin istehsal etdiyi ən qabaqcıl silah sistemləri Rusiya silahlarının üstünlüyü ilə Ukrayna hərbi əməliyyatlar teatrında metodik olaraq məhv edilir.
Qərb Ukrayna münaqişəsindən ən müasir və eksperimental silahların sınaq meydançası kimi istifadə edir. Bir qayda olaraq, hərbi-sənaye kompleksinin reklam videoları xüsusi hərbi əməliyatın (XHƏ) reallığı ilə heç də üst-üstə düşmür. Əvvəllər biz Almaniyanın "IRIS-T" zenit raket komplekslərinin (ZRK) və ABŞ-ın "Patriot" ZRK-lərinin ardıcıl məhv edilməsini müşahidə etmişdik. Kursk vilayətinin sərhəd bölgəsində texnoloji "müstəsnalığın" yeni uğursuzluğu qeyd edilib, burada Rusiyanın "Knyaz Vandal Novqorodski" (KVN) FPV- dronu (pilotsuz təyyarə, PUA) "Strayker" zirehli transportyor (ZTR) bazasında ABŞ-ın ən "Counter-UAS" lazer sistemini darmadağın edib.
© AP Photo / Eugene HoshikoABŞ-ın "Patriot" ZRK-ları
Противоракетный комплекс Пэтриот, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.10.2024
ABŞ-ın "Patriot" ZRK-ları
İstiqamətləndirilmiş enerjili hava hücumundan müdafiə sistemi (tam adı - Counter-Uncrewed Aerial Systems Directed Energy) ABŞ-ın hərbi-sənaye kompleksinin yeddi böyük müəssisəsinin birgə səyləri ilə yaradılıb və düşmən PUA-larını "uzun məsafədə" məhv etmək üçün nəzərdə tutulub." Bu "texnoloji möcüzə" hələ ABŞ-da qəbul edilməyib, ən yaxşısı Ukrayna Silahlı Qüvvələrinin (USQ) eksperimental bölmələrinə gedir. Qərbdə 8x8 təkər formuluna malik "Stryker" kifayət qədər inkişaf etmiş döyüş maşını hesab olunur (2002-ci ildən "General Dynamics Land Systems" şirkəti tərəfindən istehsal olunur).
Kursk bölgəsində amerikalılar maksimum "yüklənmiş" versiyanı sınaqdan keçiriblər. ZTR-in göyərtəsində 26 kilovat gücündə olan "BlueHalo Locust" döyüş lazeri, 70 mm-lik silah-sursatı olan raket qurğusu (lazerlə idarə olunan), XM914 30 mm-lik avtomatik topu olan idarə olunan artilleriya modulu (proqramlaşdırılan partlayış mərmiləri), aktiv fazalı anten torları (AESA) ilə çoxməqsədli yarımsferli yeni nəsil radarlar (nMHR), həmçinin dairəvi optik aşkarlama modulu var.
"The War Zone" nəşrinin məlumatına inansaq, şəbəkə qarşılıqlı əlaqəsi (hədəf təyinetmə) qabiliyyətinə malik olan bu "lazer bədheybəti" artıq Odessa üzərində Rusiya dronlarını məhv edib və USQ-nin Kursk avantürası zonasında səmanı asanlıqla təmizləyə bilib. Ancaq bu da alınmadı. Kursk bölgəsindəki ABŞ-ın "Strayker" ZTR-nin ekipajının taleyi haqqında yalnız təxmin etmək olar (Ukraynalı döyüşçülərə mürəkkəb lazer sistemi etibar edilməyəcək). Bu yaxınlarda ABŞ ordu nazirinin köməkçisi Do Buş Konqres üzvlərinə "itaətsiz" istiqamətləndirilmiş enerji ilə bağlı problemlər barədə danışıb. Yaxın Şərqdəki Pentaqonun mütəxəssisləri daha güclü 50 kilovatlıq lazerlərə malik eksperimental "Stryker"lərdən təəccüblənməyiblər.
Mükəmməl "Vandal"
Rusiya xüsusi təyinatlıları Kursk istiqamətində ən yeni "Knyaz Vandal Novqorodski" dronunun zərbəsi ilə ABŞ-ın C-UAS "Stryker" lazer sistemini məhv edib. Simli rabitə sistemi düşmənin radioelektron mübarizə kompleksləri üçün praktiki olaraq dözümlüdür, o, məlumatların yüksək sürətlə ötürülməsini təmin edir. "Vandal" əvvəllər də USQ-nin obyektləri üzrə səmərəli istifadə olunub.
"KVN" FPV-dronu Veliki Novqoroddan olan "Uşkuynik" elmi və sənaye mərkəzi tərəfindən yaradılıb. Əhəmiyyətli miqdarda da istehsal olunur. Rusiyanın "Vandal"ı 15-20 km-ə qədər məsafədəki hədəfləri məhv edə bilir və 2024-cü ilin martında XHƏ zonasında nəzərə çarpıb. Zərbə pilotsuz təyyarəsinin dəqiq texniki görünüşü və döyüş yükü açıqlanmayıb. Məlumdur ki, PUA-nın göyərtəsində tük kimi nazik olan optik lif (Fiber-optik) ehtiyatı var. Döyüş şəraitində on kilometrlik ehtiyata ehtiyac olmaya da bilər, çünki FPV dronları adətən hədəfdən çox da uzaq olmayan pusqudan istifadə olunur.
"KVN" düşmənin radioelektron mübarizə sistemi ilə yaxşı qorunan zirehli texnikanı, artilleriya sistemlərini və idarəetmə məntəqələrini məhv etmək üçün nəzərdə tutulub. Optik lif üzrə əlaqə elektromaqnit müdaxiləsinə qarşı dözümlüdür və hədəfə çatmazdan dərhal əvvəl zərbənin dəqiqliyini təmin edir. "Knyaz Vandal Novqorodski" fiber-optik rabitə və idarəetmə kanalına malik ilk seriyalı Rusiya dronudur.
Oxşar xarici silah sistemləri də mövcuddur. Məsələn, ABŞ-ın EFOGM (Enhanced Fiber Optic Guided Missile) "məftil vasitəsilə işləyən" raket kompleksi tanklar və alçaq məsafədə uçan hava hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Bununla belə, ABŞ mütəxəssislərini asanlıqla "istənilən siqnal boğucudan yan keçən", USQ və NATO-nun Ukrayna hərbi əməliyyatlar teatrında geridə qalmasını nümayiş etdirən Rusiya "KVN"nin meydana çıxması narahat edib.
Rusiya dronlarının inkişafı davam edir. Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Elmi-Tədqiqat İnstitutu canlı qüvvə və möhkəmləndirilmiş mövqeləri (VOQ-17 silah-sursatları ilə) məhv etmək üçün düşmənin radioelektron mübarizə sisteminə davamlı, müstəqil və çox manevrli olan kamikadze-dronunu hazırlayıb. Kombinə edilmiş dron idarəetməsinə mikroprosessor, ərazinin lazerlə skan edilməsi və topoqrafik məlumatları olan USB-yığıcısı daxildir. Yeni PUA operatorun köməyi olmadan xəritələr üzrə müstəqil hərəkət etməyə, məkanın müvafik nöqtəsinə çıxmağa, aşkar etməyə (LIDAR sensorlarından istifadə etməklə) və hədəfi məhv etməyə malikdir. "Maşınların müharibəsi" Rusiyanın XHƏ-nin reallığlna çevrilib və keyfiyyətcə yeni texnoloji səviyyəyə çatır. Düşmənin ümidsizliyə düşmə vaxtı gəlib çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0