Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Rusiyanın kosmik proqramı dinamik inkişaf edir

© Sputnik / Сергей Бобылев / Mediabanka keçid Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov
 Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 16.10.2024
Abunə olmaq
Kreml kosmik sahəyə qoyulan investisiyaları əhəmiyyətli adlandırıb.
BAKI, 16 oktyabr — Sputnik. Rusiya kosmik proqramı fəal şəkildə inkişaf etməkdə davam edir və bu sektora qoyulan investisiyalar əhəmiyyətlidir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bu yaxnlarda "KP.RU" qeyd edib ki, Sovet İttifaqında və Rusiyada kosmik fəaliyyətlər həmişə dövlət siyasətinin əsas istiqaməti olub. Yalnız federal büdcə belə böyük xərcləri təmin edə bilərdi. Lakin zaman dəyişib. Hazırda dünyada kosmos yarışının yeni mərhələsi başlayıb və bir çox ölkələr bunun üçün özəl investisiyalardan istifadə edir.
Rusiya həmçinin kosmik sahədə özəl maliyyələşdirməyə qoyulan məhdudiyyətləri yumşaltmaq qərarına gəlib. İqtisadi İnkişaf Nazirliyi bu yaxınlarda Dövlət Dumasının birinci oxunuşda qəbul etdiyi "Kosmosda dövlət-özəl tərəfdaşlıq haqqında" qanun layihəsi hazırlayıb. Bu qanun layihəsi kosmik məkanda biznesin inkişafı üçün hüquqi baza yaratmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0