Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mişustin: "Şimal-Cənub" dəhlizi ticarət üçün yeni imkanlar açacaq

© Sputnik / Дмитрий Астахов / Mediabanka keçidMişustin
Mişustin - Sputnik Azərbaycan, 1920, 16.10.2024
Abunə olmaq
Rusiya Federasiyasının Baş naziri vurğulayıb ki, ŞƏT ölkələrinin nəqliyyat əlaqələrinin təmin edilməsi, etibarlı və səmərəli logistik marşrutların qurulması istiqamətində iş prioritet məsələdir.
BAKI, 16 oktyabr — Sputnik. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ticarət və biznes üçün yeni imkanlar açacaq. Bunu Rusiyanın baş naziri Mixail Mişustin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının Pakistanda keçirilən iclasında çıxışı zamanı deyib.

"Rusiya MDB üzrə tərəfdaşları və İranla birlikdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasını təşviq edir və bu dəhliz ticarət və biznesə əlavə üstünlüklər təmin edir", - Mişustin bildirib.

Rusiya Federasiyasının Baş naziri vurğulayıb ki, ŞƏT ölkələrinin nəqliyyat əlaqələrinin təmin edilməsi, etibarlı və səmərəli logistik marşrutların qurulması istiqamətində iş prioritet məsələdir.
Mişustinin sözlərinə görə, ŞƏT ölkələri Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin tranzit potensialından maksimum istifadə etməklə yük axınını artıra biləcəklər:

"Həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində tranzit potensialını maksimuma çatdırmaqla biz yük axınını artıra və vətəndaşlarımızın gediş-gəlişini daha rahat təmin edə biləcəyik".

Rusiya hökumətinin başçısı həmçinin ŞƏT ölkələrini fikir ayrılıqlarını aradan qaldırmağa və altı beynəlxalq avtomobil marşrutunun işə salınmasını nəzərdə tutan sazişin icrasına başlamağa çağırıb.
Onun sözlərinə görə, bir neçə il əvvəl beynəlxalq avtomobil daşımaları üçün əlverişli şəraitin yaradılması haqqında saziş qüvvəyə minib:

"Biz həmkarlarımızı fikir ayrılıqlarını aradan qaldırmağa və Avrasiya məkanında yol-nəqliyyat əlaqələrinin və yol şəbəkəsinin inkişafına töhfə verməyə çağırırıq".

Bundan əlavə, Mişustin vurğulayıb ki, nəqliyyatın dekarbonlaşdırılması, bu sektorun rəqəmsal transformasiyası, müasir texnologiyaların tətbiqi məsələlərinə daha yaxından nəzər salmağın vaxtı çatıb. Onun sözlərinə görə, müvafiq sənədlər çoxdan təsdiqlənib.
"Rusiya həmçinin mülki aviasiya sahəsində əməkdaşlığın qurulmasının tərəfdarıdır", - Rusiya baş naziri qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0