Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Dövlət Duması saxta nikahlara qarşı mübarizə haqqında qanun qəbul edib

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya Dövlət Duması
Rusiya Dövlət Duması - Sputnik Azərbaycan, 1920, 15.10.2024
Abunə olmaq
Spiker həmçinin miqrantların müvəqqəti və daimi yaşamaq icazəsi haqqında qanun layihəsinə dəyişikliklərdən də danışıb.
BAKI, 15 oktyabr — Sputnik. Rusiya Dövlət Dumasının deputatları miqrantların saxta nikahlara, atalıq və analığa qarşı mübarizəni nəzərdə tutan qanun layihəsinə səs veriblər.
Bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz "Telegram" səhifəsində qeyd edib.
"407 deputat lehinə, 0 deputat əleyhinə səs verib, 0 nəfər isə bitərəf qalıb" diplomat bildirib.
Volodinin sözlərinə görə, bu sənəddə deyilir ki, Rusiyada nikah və ya övladlığa götürmə tarixindən üç ildən gec olmayaraq kvotadan artıq müvəqqəti qalmaq icazəsi və ya yaşayış icazəsi almaq mümkün olacaq.
Həmçinin etibarsız və pozulmuş nikah müvəqqəti yaşayış icazəsinin ləğvinə səbəb olacaq.
"Məhkəmənin qərarı ilə miqrantın valideynlik hüququndan məhrum ediləcəyi və ya məhdudlaşdırılacağı, ya da övladlığa götürülməsinin ləğv ediləcəyi halda analoji tədbir görüləcək", Volodin əlavə edib.
Bu yaxınlarda spiker miqrantların müvəqqəti və daimi yaşamaq icazəsi haqqında qanun layihəsinə dəyişikliklərdən danışıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0