Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Volodin: Getdikcə daha çox ölkə BRİKS-in çoxqütblü dünyanın zəmanəti olduğunu anlayır

© Sputnik / Пресс-служба Госдумы РФ / Mediabanka keçidRusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin
Rusiya Federasiyası Dövlət Dumasının spikeri Vyaçeslav Volodin  - Sputnik Azərbaycan, 1920, 14.10.2024
Abunə olmaq
Diplomat bildirib ki, Vaşinqton və Brüsselin hegemonluğu üçün vaxt daralır, gələcək BRİKS-ə məxsusdur.
BAKI, 14 oktyabr — Sputnik. Getdikcə daha çox ölkə anlayır ki, BRİKS çoxqütblü dünyanın perspektivi və təminatıdır. Təşkilat Avropa İttifaqından (Aİ) fərqli olaraq şantajla məşğul olmur, daxili işlərə müdaxilə etmir, əməkdaşlıq üzrə tələbləri irəli sürmür. Qərbin və ABŞ-ın bu cür siyasəti gördüyümüz kimi, əks nəticəyə gətirib çıxarıb.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında qeyd edib.
Siyasətçi vurğulayıb ki, BRİKS-ə üzv olan ölkələrin iqtisadiyyatları "Böyük yeddilik"in iqtisadiyyatını əhəmiyyətli dərəcədə üstələyir, Aİ isə staqnasiya (iqtisadiyyatda durğunluq) yaşayır. Bunu da Almaniya, Avstriya, Finlandiya və Estoniya sənayesinin əhəmiyyətli itkiləri sübut edir. nÜstəlik, təşkilatın on dövləti planet əhalisinin 45 faizini təşkil edir. Kazanda keçiriləcək sammitdə isə 30-dan çox dövlətin nümayəndələri iştirak edəcək.
"Vaşinqton və Brüsselin hegemonluğu üçün vaxt daralır. Gələcək isə artıq ən böyük iqtisadi mərkəzə çevrilmiş BRİKS-ə yol açır", Vyaçeslav Volodin fikrini yekunlaşdırıb.
Bu yaxınlarda Dövlət Dumasının spikeri bildirib ki, daim dünya hökmranlığı ideyasına mübtəla olan ABŞ və Qərb ölkələri artıq soyğunçuluq, zorakılıq və aqressiv siyasət yürütməklə hegemonluğu saxıaya bilmirlər. Buna görə də, dünyanı idarə etməyə davam etmək üçün Qərb elitaları "Dehumanizasiya" layihəsini işə salıblar.
BRİKS Avropada tanınır və getdikcə daha çox ölkə assosiasiyanın perspektivlərini başa düşür və onu çoxqütblü dünyanın təminatı hesab edir.
Daha əvvəl senator Aleksey Puşkov söyləyib ki, BRİKS-in Kazanda keçiriləcək sammitinə maraq Qərbin nüfuzunu itirdiyini nümayiş etdirir.
Xəbər lenti
0