Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dövlət Duması heyvanların sirkdə çıxışını qadağan edir

© Sputnik / Yekaterina Chesnokova / Mediabanka keçidSirkdə şir, arxiv şəkli
Sirkdə şir, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.10.2024
Abunə olmaq
Hüquq müdafiəçiləri hesab edirlər ki, sirkdə heyvanlara zorla müxtəlif hərəkətlərin öyrədilməsi, onların publika qarşısına çıxarılaraq əməklərinin istismarı yolverilməzdir.
BAKI, 14 oktyabr - Sputnik. Rusiya Dövlət Duması noyabr ayında heyvanların sirk çıxışlarının qadağan edilməsini təklif edən qanun layihəsini nəzərdən keçirəcək.
Bu barədə RF parlamentinin aşağı palatasının Ekologiya komitəsinin sədr müavini Vladimir Burmatov “RİA Novosti”yə deyib.
“Hesab edirik ki, problem düzgün qaldırılıb, lakin onu başqa cür həll etmək lazımdır, yəni ardıcıl şəkildə həll etmək. Sirklərə qarşı tələbləri artırmaqla heyvanların saxlanma şəraitinə dair tələblərin daim artırılması lazımdır” – Burmatov bildirib.
Deputatın dediyinə görə, sözügedən qanun layihəsinin qəbulu ciddi nəticələrə səbəb ola bilər. Bu isə heyvanlar üçün reabilitasiya mərkəzlərinin həddindən artıq dolu olması ilə bağlıdır.
Qeyd edək ki, heyvanların hüquq müdafiəçilərinin etirazları səbəbindən dünyanın bir çox ölkəsində heyvanların sirkdə çıxışı qadağan edilib. Hüquq müdafiəçiləri hesab edirlər ki, sirkdə heyvanlara zorla müxtəlif hərəkətlərin öyrədilməsi, onların publika qarşısına çıxarılaraq əməklərinin istismarı yolverilməzdir. Çünki heyvanların öz hüquqlarını müdafiə etmək imkanları yoxdur. Eyni zamanda onlar sirkdə təbii areallarından, yaşam tərzlərindən ayrıldıqları üçün əziyyət çəkir, çox yaşamırlar.
Xəbər lenti
0