https://sputnik.az/20241010/taksilerin-avtobus-zolagina-daxil-olmasi-meselesine-baxilir-467981620.html
Taksilərin avtobus zolağına daxil olması məsələsinə baxılır
Taksilərin avtobus zolağına daxil olması məsələsinə baxılır
Sputnik Azərbaycan
Paytaxtda sıxlığı azaltmaq üçün taksiləri də zolağa soxacaqlar
2024-10-10T19:39+0400
2024-10-10T19:39+0400
2024-10-10T20:29+0400
taksi
paytaxt xəbərləri
ayna
avtobus
avtobus zolağı
ayna
azərbaycan yerüstü nəqliyyat agentliyi (ayna)
anar rzayev, ayna-nın mətbuat katibi
https://cdnn1.img.sputnik.az/img/07e8/06/14/465489943_0:0:3072:1728_1920x0_80_0_0_16d1854a01b3e83f420fd1c61ab325bd.jpg
BAKI, 10 oktyabr — Sputnik. Bakıda taksi fəaliyyəti ilə bağlı digər problemləri həll edəndən sonra taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verilməsi məsələsi ciddi müzakirə edilə bilər. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib. "Zolaqdan taksi istifadə etsə, bu, taksinin sayının artırılmasına gətirib çıxaracaq. Biz bunu bu mərhələdə istəmirik. Digər tərəfdən, zolaqdan taksinin istifadə etməsi onun ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu o deməkdir ki, əgər kimsə, taksiylə zolaqla gedəcəksə, yolda ən azı üç avtomobil azalacaq. Əgər beş ay bundan qabaq ümumiyyətlə bu məsələ haqda söhbət gedə bilmirdisə, indi bu sual artıq qalxmağa başlayır. Biz bu məsələyə baxmağa başlayırıq. Taksilərin avtobus zolaqlarında istifadəsinə icazə verilməsi mərkəzə daxil olan maşınların sayını azalda bilər. Amma bunun üçün taksinin göstərdiyi xidmətə inamımız tam olmalıdır. Hələ ki bu inam tam deyil. Bunun tam olması üçün bir az vaxt lazımdır" - Anar Rzayev bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin
https://sputnik.az/20241010/magazalar-ciddi-problemle-uzlesib-ayna-zolagi-cekenden-sonra-cixis-yolu-axtarir-467981740.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/14/465489943_341:0:3072:2048_1920x0_80_0_0_605738b51b0b6cb07125bbb41a818dbb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taksilər, avtobus zolaqları, sıxlıq
taksilər, avtobus zolaqları, sıxlıq
Taksilərin avtobus zolağına daxil olması məsələsinə baxılır
19:39 10.10.2024 (Yenilənib: 20:29 10.10.2024) Zolaqdan taksinin istifadə etməsi onun ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır.
BAKI, 10 oktyabr — Sputnik. Bakıda taksi fəaliyyəti ilə bağlı digər problemləri həll edəndən sonra taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verilməsi məsələsi ciddi müzakirə edilə bilər.
Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
"Zolaqdan taksi istifadə etsə, bu, taksinin sayının artırılmasına gətirib çıxaracaq. Biz bunu bu mərhələdə istəmirik. Digər tərəfdən, zolaqdan taksinin istifadə etməsi onun ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu o deməkdir ki, əgər kimsə, taksiylə zolaqla gedəcəksə, yolda ən azı üç avtomobil azalacaq. Əgər beş ay bundan qabaq ümumiyyətlə bu məsələ haqda söhbət gedə bilmirdisə, indi bu sual artıq qalxmağa başlayır. Biz bu məsələyə baxmağa başlayırıq. Taksilərin avtobus zolaqlarında istifadəsinə icazə verilməsi mərkəzə daxil olan maşınların sayını azalda bilər. Amma bunun üçün taksinin göstərdiyi xidmətə inamımız tam olmalıdır. Hələ ki bu inam tam deyil. Bunun tam olması üçün bir az vaxt lazımdır" - Anar Rzayev bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin