https://sputnik.az/20241010/putin-rusiyanin-abs-daki-sefirini-geri-cagirdi-467991431.html
Putin Rusiyanın ABŞ-dakı səfirini geri çağırdı
Putin Rusiyanın ABŞ-dakı səfirini geri çağırdı
Sputnik Azərbaycan
Antonov uzun müddətdir, ABŞ və Rusiya münasibətlərinin sıfıra yaxın olduğu bir şəraitdə işləyirdi. 10.10.2024, Sputnik Azərbaycan
2024-10-10T13:29+0400
2024-10-10T13:29+0400
2024-10-10T13:29+0400
rusiya
anatoli antonov
rusiya prezidenti vladimir putin
dmitri peskov
yuri uşakov
abş
səfir
https://cdnn1.img.sputnik.az/img/41487/95/414879567_0:24:2785:1590_1920x0_80_0_0_e1b0e9e6ea3a0c7346cef8fcaa3e59ab.jpg
BAKI, 10 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə Anatoli Antonovu Rusiyanın ABŞ-dakı səfiri və Rusiya Federasiyasının Amerika Dövlətləri Təşkilatında daimi müşahidəçisi vəzifələrindən azad edib. Prezidentin 10 oktyabr tarixli sərəncamı hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub. Rusiya Xarici İşlər Nazirliyi ötən şənbə günü Antonovun Vaşinqtondakı ezamiyyətini başa vurduğunu açıqlayıb. Diplomat 2017-ci ilin avqustunda Rusiyanın ABŞ-dakı səfiri təyin edilib. Oktyabrın 7-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, hazırda Antonovu əvəz edəcək Rusiyanın ABŞ-dakı yeni səfirinin namizədliyi üzərində iş gedir:Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Antonovun qayıtması Rusiyanın ABŞ-dakı diplomatik missiyasının ixtisarı demək deyil.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41487/95/414879567_0:0:2731:2048_1920x0_80_0_0_6a71961f665eea8f67747161bef556a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anatoli antonov, rusiya prezidenti vladimir putin, dmitri peskov, yuri uşakov, abş, səfir
anatoli antonov, rusiya prezidenti vladimir putin, dmitri peskov, yuri uşakov, abş, səfir
Putin Rusiyanın ABŞ-dakı səfirini geri çağırdı
Antonov uzun müddətdir, ABŞ və Rusiya münasibətlərinin sıfıra yaxın olduğu bir şəraitdə işləyirdi.
BAKI, 10 oktyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin öz fərmanı ilə Anatoli Antonovu Rusiyanın ABŞ-dakı səfiri və Rusiya Federasiyasının Amerika Dövlətləri Təşkilatında daimi müşahidəçisi vəzifələrindən azad edib.
Prezidentin 10 oktyabr tarixli sərəncamı hüquqi informasiyanın
rəsmi internet portalında dərc olunub.
Rusiya Xarici İşlər Nazirliyi ötən şənbə günü Antonovun Vaşinqtondakı ezamiyyətini başa vurduğunu açıqlayıb.
Diplomat 2017-ci ilin avqustunda Rusiyanın ABŞ-dakı səfiri təyin edilib.
Oktyabrın 7-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, hazırda Antonovu əvəz edəcək Rusiyanın ABŞ-dakı yeni səfirinin namizədliyi üzərində iş gedir:
“Bizim səfirimiz kifayət qədər uzun müddətdir ki, münasibətləri (Rusiya və ABŞ - red.) demək olar ki, sıfıra yaxın olan bir şəraitdə işləyirdi, iş çətin idi. O, öz missiyasını uğurla başa vurdu. İndi bu mühüm vəzifəyə təyinat növbəsi başqa bir şəxsindir".
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Antonovun qayıtması Rusiyanın ABŞ-dakı diplomatik missiyasının ixtisarı demək deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.