Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskovdan Kamala Harrisin Putin haqqında dediklərinə reaksiya

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 10.10.2024
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi xatırladıb ki, Putin heç vaxt heç kimə, hətta dost olmayan dövlətlərin liderlərinə qarşı təhqiramiz ritorikadan istifadə etməyib.
BAKI, 10 oktyabr — Sputnik. ABŞ hakimiyyətinin Rusiya prezidenti Vladimir Putinə ünvanladığı təhqiramiz ifadələr ABŞ siyasi mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib və bu, təəssüf doğurur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris respublikaçı rəqibi Donald Trampı jurnalist Bob Vudvordun "Müharibə" kitabında təqdim olunan məlumatlara görə tənqid edib. Trampı Putinlə təmasda olduğu iddiasına görə tənqid edən Harris Rusiya prezidentini "qatil diktator" adlandırıb.
"Görünür, bu cür lüğət indi Amerika isteblişmentinin siyasi mədəniyyətinin bir hissəsidir", - Peskov bildirib və əlavə edib ki, ABŞ nümayəndələrində "daxili nəzakət hissi" yoxdur.
Bundan əlavə, Rusiya prezidentinin mətbuat katibi xatırladıb ki, Putin heç vaxt heç kimə, hətta dost olmayan dövlətlərin liderlərinə qarşı təhqiramiz ritorikadan istifadə etməyib.
Xəbər lenti
0