Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya BMT baş katibini Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edib - RF XİN

© Sputnik / Евгений ОдиноковRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2024
Abunə olmaq
BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya yanvarın 1-dən təşkilatın sədri postunu tutur.
BAKI, 9 oktyabr — Sputnik. Moskva BMT-nin baş katibi Antonio Quterreşi Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edib və onun iştirakını gözləyir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
"Oraya bir çox ölkələr dəvət olunub. Kazanda yolu gözlənilən BMT-nin baş katibi də dəvət olunub" - Verşinin "Rossiya Seqodnya" mətbuat mərkəzində deyib.
Xatırladaq ki, BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika, 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulublar. Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbir təşkil edir.
Xəbər lenti
0