DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan: Suriyada xalq inqilabı baş verdi

© Official website of President of Azerbaijan RepublicTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  - Sputnik Azərbaycan, 1920, 14.12.2024
Abunə olmaq
Ərdoğan Suriyada, sözün əsl mənasında, xalq inqilabı baş verdiyini ifadə edib.
BAKI, 14 dekabr — Sputnik. Suriyalılar Türkiyəyə ən səmimi niyyətlərlə təşəkkür ifadə edirlər.
“Report”un məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Əyalət Konqresindəki nitqi zamanı deyib.
Türkiyə lideri suriyalıların 13 ildən sonra ilk dəfə gələcəklərinə ümid və həyəcanla baxdıqlarını bildirib:
“Amma bəziləri buna dözə bilmir və ağılsız nəzəriyyələr irəli sürürlər. Onlar cəhalət çuxuruna o qədər batıblar ki, burunlarından o tərəfi görə bilmirlər, amma guya Suriyadakı böyük oyunu həll edəcəkdilər”.
Ərdoğan Suriyada, sözün əsl mənasında, xalq inqilabı baş verdiyini ifadə edib.
Xəbər lenti
0