https://sputnik.az/20241008/terrorcular-simali-qafqaz-ehalisi-arasinda-tebligati-guclendirirler---bortnikov-467950478.html
Terrorçular Şimali Qafqaz əhalisi arasında təbliğatı gücləndirirlər - Bortnikov
Terrorçular Şimali Qafqaz əhalisi arasında təbliğatı gücləndirirlər - Bortnikov
Sputnik Azərbaycan
Beynəlxalq terror təşkilatları dini faktordan istifadə edərək, Şimali Qafqaz əhalisinə təbliğat təsirini artırırlar. 08.10.2024, Sputnik Azərbaycan
2024-10-08T16:28+0400
2024-10-08T16:28+0400
2024-10-08T16:38+0400
aleksandr bortnikov
rusiya
şimali qafqaz
ftx
terror
terror qruplaşması
terror aktı
https://cdnn1.img.sputnik.az/img/40719/54/407195464_0:0:2942:1656_1920x0_80_0_0_ccf7ab244ba5801e7591bf093710cf77.jpg
BAKI, 8 oktyabr — Sputnik. Beynəlxalq terrorçular dini faktordan istifadə edərək Şimali Qafqaz əhalisi arasında təbliğatı gücləndirirlər. Bu barədə Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Milli Antiterror Komitəsinin iclası zamanı bildirib. "Beynəlxalq terror təşkilatları dini faktordan istifadə edərək, Şimali Qafqaz əhalisinə təbliğat təsirini artırırlar. Bunun üçüb internetdən, eləcə də qeyri-rəsmi ibadət yerlərindən və rayon təhsil təşkilatlarında yerləşən bəzi dini yerlərdən istifadə edirlər", Bortnikov bildirib. Onun sözlərinə görə, Şimali Qafqazda 2024-cü ildə beş terror təşkilatının fəaliyyətinin qarşısı alınıb. "2024-cü ildə Şimali Qafqazda 6 terror aktı törədilib, 23 terror cinayətinin qarşısı alınıb, 200-dən çox şəxs saxlanılıb. Qərb Şimali Qafqazda ictimai-siyasi vəziyyəti sarsıtmağa cəhd etməkdə davam edir,", Bortnikov qeyd edib. "Bizim ümumi vəzifəmiz radikal ideoloji münasibətlərin Şimali Qafqaza daha da nüfuz etməsinə imkan verməmək və ənənəvi mənəvi, əxlaqi və mədəni-tarixi dəyərlər əsasında yerli gənclərin ümumrusiya vətəndaş kimliyinin qorunub saxlanılması və möhkəmləndirilməsini təmin etməkdir” - Bortnikov bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40719/54/407195464_160:0:2891:2048_1920x0_80_0_0_fbae56b2e392c6e994568449ff507303.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aleksandr bortnikov, şimali qafqaz, ftx, terror, terror qruplaşması, terror aktı
aleksandr bortnikov, şimali qafqaz, ftx, terror, terror qruplaşması, terror aktı
Terrorçular Şimali Qafqaz əhalisi arasında təbliğatı gücləndirirlər - Bortnikov
16:28 08.10.2024 (Yenilənib: 16:38 08.10.2024) Beynəlxalq terror təşkilatları dini faktordan istifadə edərək, Şimali Qafqaz əhalisinə təbliğat təsirini artırırlar.
BAKI, 8 oktyabr — Sputnik. Beynəlxalq terrorçular dini faktordan istifadə edərək Şimali Qafqaz əhalisi arasında təbliğatı gücləndirirlər. Bu barədə Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Milli Antiterror Komitəsinin iclası zamanı bildirib.
"Beynəlxalq terror təşkilatları dini faktordan istifadə edərək, Şimali Qafqaz əhalisinə təbliğat təsirini artırırlar. Bunun üçüb internetdən, eləcə də qeyri-rəsmi ibadət yerlərindən və rayon təhsil təşkilatlarında yerləşən bəzi dini yerlərdən istifadə edirlər", Bortnikov bildirib.
Onun sözlərinə görə, Şimali Qafqazda 2024-cü ildə beş terror təşkilatının fəaliyyətinin qarşısı alınıb.
"2024-cü ildə Şimali Qafqazda 6 terror aktı törədilib, 23 terror cinayətinin qarşısı alınıb, 200-dən çox şəxs saxlanılıb. Qərb Şimali Qafqazda ictimai-siyasi vəziyyəti sarsıtmağa cəhd etməkdə davam edir,", Bortnikov qeyd edib.
"Bizim ümumi vəzifəmiz radikal ideoloji münasibətlərin Şimali Qafqaza daha da nüfuz etməsinə imkan verməmək və ənənəvi mənəvi, əxlaqi və mədəni-tarixi dəyərlər əsasında yerli gənclərin ümumrusiya vətəndaş kimliyinin qorunub saxlanılması və möhkəmləndirilməsini təmin etməkdir” - Bortnikov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.