https://sputnik.az/20241007/mdb-olkeleri-qerbin-tezyiqlerinin-ohdesinden-muveffeqiyyetle-gelirler---lavrov-467924343.html
MDB ölkələri Qərbin təzyiqlərinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər - Lavrov
MDB ölkələri Qərbin təzyiqlərinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər - Lavrov
Sputnik Azərbaycan
Lavrovun sözlərinə görə, MDB ölkələrinin xarici işlər nazirləri MDB Xarici İşlər Nazirləri Şurasının iclasında sanksiyaların qəbuledilməzliyinə dair sənədlər... 07.10.2024, Sputnik Azərbaycan
2024-10-07T20:11+0400
2024-10-07T20:11+0400
2024-10-07T20:35+0400
lavrov
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
sergey lavrov
mdb
mdb
https://cdnn1.img.sputnik.az/img/07e8/04/13/464037425_0:193:2954:1855_1920x0_80_0_0_4b3846f1127d5b70d3191c97368a2366.jpg
BAKI, 7 oktyabr — Sputnik. MDB ölkələri anti-Rusiya sanksiyaları kontekstində Qərbin təzyiqlərinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər, Qərb ölkələrinin metodları onların rədd edilməsinə səbəb olur. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov MDB Nazirlər Şurasının yekunlarına dair mətbuat konfransında deyib. "Qərbin tətbiq etdiyi üsullar bütün digər dövlətlər, o cümlədən postsovet məkanı dövlətləri tərəfindən rədd edilir. bu da ikinci dərəcəli, üçüncü dərəcəli sanksiyalardır. İki tam müstəqil dövlətin bir-biri ilə münasibət qurması kimsənin xoşuna gəlməyəndə, ikinci dərəcəli, üçüncü dərəcəli sanksiyalar adlanan qeyri-qanuni tədbirlər görülür. Təbii ki, onların beynəlxalq hüquqa heç bir aidiyyatı yoxdur", Lavrov bildirib. Nazir vurğulayıb ki, MDB ölkələrinin münasibətlərinə heç bir təhlükə yoxdur. "Bu münasibətlər durmadan inkişaf edir, ABŞ və onun peyklərinin sözdə ikinci, üçüncü və digər qeyri-qanuni sanksiyalar şəklində genişləndirməyə çalışdıqları cəhdlərə gəlincə, biz bu cinayət əməllərinə qarşı necə mübarizə aparacağımızı bilirik", XİN rəhbəri deyib. Lavrovun sözlərinə görə, MDB ölkələrinin xarici işlər nazirləri MDB Xarici İşlər Nazirləri Şurasının iclasında sanksiyaların qəbuledilməzliyinə dair sənədlər qəbul ediblər. "Biz öz sənədlərimizi, xarici əlaqələr idarələrinin rəhbərlərinin sənədlərini qəbul etmişik, onlardan birtərəfli məcburetmə tədbirlərinin, qondarma sanksiyaların qəbuledilməzliyi haqqında sənədi, o cümlədən Avrasiya təhlükəsizlik sisteminin formalaşdırılması üzrə işlərin əsas parametrləri haqqında sənədi, olimpizm prinsiplərinin, ədalətli idman rəqabəti prinsiplərinin şübhə altına alınmağa çalışıldığı, hətta sadəcə olaraq diqqətdən kənarda qaldığı şəraitdə vacib olan bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında sənəd qeyd etmək istərdim", Lavrov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/04/13/464037425_112:0:2843:2048_1920x0_80_0_0_1c4c379168f0be54ac7f70fe388aca66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov, mdb, mdb
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov, mdb, mdb
MDB ölkələri Qərbin təzyiqlərinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər - Lavrov
20:11 07.10.2024 (Yenilənib: 20:35 07.10.2024) Lavrovun sözlərinə görə, MDB ölkələrinin xarici işlər nazirləri MDB Xarici İşlər Nazirləri Şurasının iclasında sanksiyaların qəbuledilməzliyinə dair sənədlər qəbul ediblər.
BAKI, 7 oktyabr — Sputnik. MDB ölkələri anti-Rusiya sanksiyaları kontekstində Qərbin təzyiqlərinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər, Qərb ölkələrinin metodları onların rədd edilməsinə səbəb olur. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov MDB Nazirlər Şurasının yekunlarına dair mətbuat konfransında deyib.
"Qərbin tətbiq etdiyi üsullar bütün digər dövlətlər, o cümlədən postsovet məkanı dövlətləri tərəfindən rədd edilir. bu da ikinci dərəcəli, üçüncü dərəcəli sanksiyalardır. İki tam müstəqil dövlətin bir-biri ilə münasibət qurması kimsənin xoşuna gəlməyəndə, ikinci dərəcəli, üçüncü dərəcəli sanksiyalar adlanan qeyri-qanuni tədbirlər görülür. Təbii ki, onların beynəlxalq hüquqa heç bir aidiyyatı yoxdur", Lavrov bildirib.
Nazir vurğulayıb ki, MDB ölkələrinin münasibətlərinə heç bir təhlükə yoxdur.
"Bu münasibətlər durmadan inkişaf edir, ABŞ və onun peyklərinin sözdə ikinci, üçüncü və digər qeyri-qanuni sanksiyalar şəklində genişləndirməyə çalışdıqları cəhdlərə gəlincə, biz bu cinayət əməllərinə qarşı necə mübarizə aparacağımızı bilirik", XİN rəhbəri deyib.
Lavrovun sözlərinə görə, MDB ölkələrinin xarici işlər nazirləri MDB Xarici İşlər Nazirləri Şurasının iclasında sanksiyaların qəbuledilməzliyinə dair sənədlər qəbul ediblər.
"Biz öz sənədlərimizi, xarici əlaqələr idarələrinin rəhbərlərinin sənədlərini qəbul etmişik, onlardan birtərəfli məcburetmə tədbirlərinin, qondarma sanksiyaların qəbuledilməzliyi haqqında sənədi, o cümlədən Avrasiya təhlükəsizlik sisteminin formalaşdırılması üzrə işlərin əsas parametrləri haqqında sənədi, olimpizm prinsiplərinin, ədalətli idman rəqabəti prinsiplərinin şübhə altına alınmağa çalışıldığı, hətta sadəcə olaraq diqqətdən kənarda qaldığı şəraitdə vacib olan bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında sənəd qeyd etmək istərdim", Lavrov bildirib.