https://sputnik.az/20241006/baki-metropoliteninde-platformalarda-tehlukesizlik-qapilari-qurasdirila-biler-467871639.html
Bakı metropolitenində platformalarda təhlükəsizlik qapıları quraşdırıla bilər?
Bakı metropolitenində platformalarda təhlükəsizlik qapıları quraşdırıla bilər?
Sputnik Azərbaycan
Bəxtiyar Məmmədov bildirib ki, evdə hər hansı sütünu ləğv etmək mümkün olduğu halda, metroda hər hansı struktura kənar müdaxiləyə qəti yol verilmir. 06.10.2024, Sputnik Azərbaycan
2024-10-06T09:01+0400
2024-10-06T09:01+0400
2024-10-06T09:01+0400
metro
paytaxt xəbərləri
"bakı metropoliteni" qsc
ölüm
belarus
sankt-peterburq
ərşad hüseynov
https://cdnn1.img.sputnik.az/img/41261/45/412614536_0:80:2000:1205_1920x0_80_0_0_cd6f5f368d4bf1f76711d3f07fc6d1ff.jpg
BAKI, 6 oktyabr — Sputnik. "Bakı Metropolietinində ölüm hadisələrinin qarşısının alınması üçün platformalarda təhlükəsizlik sədlərin tikilməsi məsələsi diqqətdə saxlanılır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Qurum sözçüsü deyib ki, hətta Bakı Metropolitetində platformalarda təhlükəsizlik sədlərinin tikilməsi ilə bağlı metronun 28 may stansiyasında araşdırma da aparılıb. Qeyd edək ki, dünən metronun "28 may" və "Ulduz" stansiyalarında iki sərnişin qatarın altına düşüb. "Bakı metropoliteninin əksər stansiyaları Sovet dövründə inşa olunub. Həmin vaxt platformalarda təhlükəsizlik sədlərinin inşası nəzərdə tutulmayıb. Evdə hər hansı sütünu ləğv etmək mümkün olduğu halda, metroda hər hansı struktura kənar müdaxiləyə qəti yol verilmir. Bu adətən metro tikilərkən, daha doğrusu layihələndirilərkən nəzərdə tutulmalıdır. Bütün stansiyalarda istisnasız olaraq qapıların sinxron, eyni anda maneəsiz açılmasını təmin edən sistemlər quraşdırılmaldır. Bu isə küllü məbləğdə maliyyə tələb edir. Metroda platforma qapıları quraşdırılacaqsa, sərnişin sıxlığının tənzimlənməsi üçün bir sıra tədbirlər görülməlidir. Məsələn, stansiyalarda havalandırma sistemləri var. Qatarın hərəkətindən yaranan hava axının yönləndirilməsi məsələsi hər biri ayrılıqda nəzərdən keçirilməlidir. Bu, kifayət qədər mürəkkəb və maliyyə tələb edən məsələlərdir", deyə Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda Bakı Metropoliteni sərnişin sıxlığı şəraitində təhlükəsizlik üçün texniki və insan resursları baxımından mümkün addımları atır: "Stansiyaların girişində bəzən sıxlıqlar görürsünüz. Bu sıxlıqlar, platformanın ifrat dərəcədə yüklənməməsi, sərnişinlərin təhlükəsizliyi üçündür. Pik saatlarda əməkdaşlarımız sərnişinlərin qatarının hərəkətinə mane olmaması, platrofmada təhlükəsizliyə diqqət yetirirlər. Bununla belə Bakı Metropolitetində platformalarda təhlükəsizlik sədlərinin olması araşdırılıb. Bilirsiniz ki, metronun əksər stansiyaları çoxdan tikilib və bu məsələ nəzərə alınmayıb. Bu baxımdan bütün stansiyalarda təhlükəsizlik sədlərin quraşdırılması asan məsələ deyil". Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı Metrolpoliteini 1960-cı illərdə tikilib. 30 ilə qədər isə metroda təhlükəsizlik qapıları olmayıb: "Amma son illər ictimai nəqliyyatın yükü artdığından, metrolarda sərnişin axını artdı. Bu izdihamda təhlükəsizlik məsələsi də aktuallaşdı. Ona görə dünyanın əksər ölkələrində metrolarda tavandan döşəməyə qədər təhlükəsizlik qapıları qoyulur". Ə.Hüseynov deyib ki, bunu yeni stansiyalarda etmək asandır. Amma köhnələrdə quraşdırmaq daha mürəkkəbdir. Çünki, təhlükəsizlik səddi və qapısı platforma və qatar yolunda hava axınına ciddi təsir edir. Platformaya qatar yolundan gələn hava axının qarşısını alır. Ekspert deyir ki, metroda bu cür hadisələrin qarşısını almaq üçün metro xətlərinin kənarında maneə divarlarının quraşdırılmasının məqsədəuyğundur. Plotformanın kənarında iki qat qapılı maneə divarı tikilməlidir ki, qatar dayananda hər iki qapı açılsın və sərnişinlər təhlükəsiz şəkildə vaqona minib düşə bilsinlər. Ə.Hüseynovun sözlərinə görə, bahalı layihə olmasına baxmayaraq, dünyanın bir çox ölkələrində təhlükəsizlik məqsədi ilə bu sistem tətbiq edilir: "Belarusun paytaxtı Minskdə, Sankt Peterburqda da metro stansiyalarda təhlükəsizlik qapıları qoyulur. Dubay metrosunda tətbiq edilən sistem vasitəsi ilə şəhərə gələn turistlər və şəhər sakinlərinin təhlükəsizliyini qorumaq olur. Digər bir tərəfdən bu maneə divarları vasitəsi ilə qatarın relslərindən yaranan istiliyin sərnişinləri narahat etməməsi üçün istifadə edilir. Həmçinin Vaşinqton, London, Paris və s. ölkələrin metro stansiyalarında platformaların qadağan edilmiş hissələrində qoruyucu şüşə sədlər yerləşdirilib. Bu da insanların təhlükəsizliyinin və hər hansı bir bədbəxt hadisənin qarşısını almaqda bilavasitə böyük əhəmiyyət kəsb edir. Bakıda da ən çox izdiham olan platformalarda belə təhlükəsizlik qapıları qoyula bilər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41261/45/412614536_161:0:1941:1335_1920x0_80_0_0_9e8cee7257075823c78fffab4c3ce136.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
metro, "bakı metropoliteni" qsc, ölüm, belarus, sankt-peterburq, ərşad hüseynov
metro, "bakı metropoliteni" qsc, ölüm, belarus, sankt-peterburq, ərşad hüseynov
Bakı metropolitenində platformalarda təhlükəsizlik qapıları quraşdırıla bilər?
Bəxtiyar Məmmədov bildirib ki, evdə hər hansı sütünu ləğv etmək mümkün olduğu halda, metroda hər hansı struktura kənar müdaxiləyə qəti yol verilmir.
BAKI, 6 oktyabr — Sputnik. "Bakı Metropolietinində ölüm hadisələrinin qarşısının alınması üçün platformalarda təhlükəsizlik sədlərin tikilməsi məsələsi diqqətdə saxlanılır".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Qurum sözçüsü deyib ki, hətta Bakı Metropolitetində platformalarda təhlükəsizlik sədlərinin tikilməsi ilə bağlı metronun 28 may stansiyasında araşdırma da aparılıb.
Qeyd edək ki, dünən metronun "28 may" və "Ulduz" stansiyalarında iki sərnişin qatarın altına düşüb.
"Bakı metropoliteninin əksər stansiyaları Sovet dövründə inşa olunub. Həmin vaxt platformalarda təhlükəsizlik sədlərinin inşası nəzərdə tutulmayıb. Evdə hər hansı sütünu ləğv etmək mümkün olduğu halda, metroda hər hansı struktura kənar müdaxiləyə qəti yol verilmir. Bu adətən metro tikilərkən, daha doğrusu layihələndirilərkən nəzərdə tutulmalıdır. Bütün stansiyalarda istisnasız olaraq qapıların sinxron, eyni anda maneəsiz açılmasını təmin edən sistemlər quraşdırılmaldır. Bu isə küllü məbləğdə maliyyə tələb edir. Metroda platforma qapıları quraşdırılacaqsa, sərnişin sıxlığının tənzimlənməsi üçün bir sıra tədbirlər görülməlidir. Məsələn, stansiyalarda havalandırma sistemləri var. Qatarın hərəkətindən yaranan hava axının yönləndirilməsi məsələsi hər biri ayrılıqda nəzərdən keçirilməlidir. Bu, kifayət qədər mürəkkəb və maliyyə tələb edən məsələlərdir", deyə Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda Bakı Metropoliteni sərnişin sıxlığı şəraitində təhlükəsizlik üçün texniki və insan resursları baxımından mümkün addımları atır: "Stansiyaların girişində bəzən sıxlıqlar görürsünüz. Bu sıxlıqlar, platformanın ifrat dərəcədə yüklənməməsi, sərnişinlərin təhlükəsizliyi üçündür. Pik saatlarda əməkdaşlarımız sərnişinlərin qatarının hərəkətinə mane olmaması, platrofmada təhlükəsizliyə diqqət yetirirlər. Bununla belə Bakı Metropolitetində platformalarda təhlükəsizlik sədlərinin olması araşdırılıb. Bilirsiniz ki, metronun əksər stansiyaları çoxdan tikilib və bu məsələ nəzərə alınmayıb. Bu baxımdan bütün stansiyalarda təhlükəsizlik sədlərin quraşdırılması asan məsələ deyil".
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı Metrolpoliteini 1960-cı illərdə tikilib. 30 ilə qədər isə metroda təhlükəsizlik qapıları olmayıb: "Amma son illər ictimai nəqliyyatın yükü artdığından, metrolarda sərnişin axını artdı. Bu izdihamda təhlükəsizlik məsələsi də aktuallaşdı. Ona görə dünyanın əksər ölkələrində metrolarda tavandan döşəməyə qədər təhlükəsizlik qapıları qoyulur".
Ə.Hüseynov deyib ki, bunu yeni stansiyalarda etmək asandır. Amma köhnələrdə quraşdırmaq daha mürəkkəbdir. Çünki, təhlükəsizlik səddi və qapısı platforma və qatar yolunda hava axınına ciddi təsir edir. Platformaya qatar yolundan gələn hava axının qarşısını alır.
Ekspert deyir ki, metroda bu cür hadisələrin qarşısını almaq üçün metro xətlərinin kənarında maneə divarlarının quraşdırılmasının məqsədəuyğundur. Plotformanın kənarında iki qat qapılı maneə divarı tikilməlidir ki, qatar dayananda hər iki qapı açılsın və sərnişinlər təhlükəsiz şəkildə vaqona minib düşə bilsinlər.
Ə.Hüseynovun sözlərinə görə, bahalı layihə olmasına baxmayaraq, dünyanın bir çox ölkələrində təhlükəsizlik məqsədi ilə bu sistem tətbiq edilir: "Belarusun paytaxtı Minskdə, Sankt Peterburqda da metro stansiyalarda təhlükəsizlik qapıları qoyulur. Dubay metrosunda tətbiq edilən sistem vasitəsi ilə şəhərə gələn turistlər və şəhər sakinlərinin təhlükəsizliyini qorumaq olur. Digər bir tərəfdən bu maneə divarları vasitəsi ilə qatarın relslərindən yaranan istiliyin sərnişinləri narahat etməməsi üçün istifadə edilir. Həmçinin Vaşinqton, London, Paris və s. ölkələrin metro stansiyalarında platformaların qadağan edilmiş hissələrində qoruyucu şüşə sədlər yerləşdirilib. Bu da insanların təhlükəsizliyinin və hər hansı bir bədbəxt hadisənin qarşısını almaqda bilavasitə böyük əhəmiyyət kəsb edir. Bakıda da ən çox izdiham olan platformalarda belə təhlükəsizlik qapıları qoyula bilər".