Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sorğuda iştirak edən rusiyalıların 77%-dən çoxu Putinə güvəndiyini bildirib

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 05.10.2024
Abunə olmaq
Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin sentyabrın 23-29-da sorğu keçirib.
BAKI, 5 oktyabr — Sputnik. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin sentyabrın 23-29-da keçirdiyi sorğuda iştirak edən rusiyalıların 77%-dən çoxu Rusiya prezidenti Vladimir Putinə güvəndiyini bildirib.
Bu barədə ÜİRÖM-ün saytında məlumat dərc olunub.
Məlumata görə, respondentlərin 77,2%-i Vladimir Putinə inamla bağlı birbaşa suala müsbət cavab verib.
Respondentlərin 73%-dən çoxu dövlət başçısının fəaliyyətini bəyəndiyini bildirib.
Rusiya hökumətinin işini sorğu iştirakçılarının 48,8%-i, Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustinin fəaliyyətini isə 51,3%-i müsbət qiymətləndirib.
Bundan əvvəl ÜİRÖM-ün keçirdiyi sorğunun nəticələri dərc olunmuşdu. Nəticələrə görə Rusiya sakinlərinin Putinə inamı son iki il yarım ərzində yalnız artıb.
Xəbər lenti
0