https://sputnik.az/20241004/afrika-rusiya-investorlari-ucun-daha-celbedici-olur---rf-xarici-sler-nazirliyi-467839864.html
Afrika Rusiya investorları üçün daha cəlbedici olur - RF Xarici İşlər Nazirliyi
Afrika Rusiya investorları üçün daha cəlbedici olur - RF Xarici İşlər Nazirliyi
Sputnik Azərbaycan
Başkin qeyd edib ki, Afrika ölkələri ilə işləmək üçün əsas platforma BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası olaraq qalır. 04.10.2024, Sputnik Azərbaycan
2024-10-04T10:24+0400
2024-10-04T10:24+0400
2024-10-04T10:24+0400
rusiya
afrika
investor
investorlar
bmt baş assambleyası
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273816_0:0:3642:2048_1920x0_80_0_0_cf96f4faff2f95f0722a70af45cbb61b.jpg
BAKI, 4 oktyabr — Sputnik. Afrika qitəsi ölkələri rusiyalı investorlar üçün daha cəlbedici olur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Afrika departamentinin direktoru Anatoli Başkin bildirib. "Rusiya-Afrika ticarət dövriyyəsinin müsbət dinamikasını qeyd edirik. Bir çox yerli şirkətlər regionda uzun müddətdir ki, fəaliyyət göstərirlər. Eyni zamanda, qitə investisiyalar üçün getdikcə daha cəlbedici olur" - o, Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ-də keçirilən "Rusiya - Afrika: bundan sonra nə olacaq?" forumundakı plenar iclasda deyib. O, əlavə edib ki, Rusiya "Afrika problemləri - Afrika həlləri" prinsipi əsasında qitə ölkələrinin həqiqi suverenliyinin əldə edilməsi yolunda ən yüksək səviyyədə yardım göstərməyə, eləcə də Qərbin daxili problemlərin həllində afrikalı dostlara siyasiləşdirilmiş reseptlər tətbiq etmək cəhdlərinə fəal müqavimət göstərməyə hazırdır. Başkin qeyd edib ki, Afrika ölkələri ilə işləmək üçün əsas platforma BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası olaraq qalır. "Afrikalı tərəfdaşlar qlobal problemlərə, o cümlədən ölkəmizin maraqlarına toxunan məsələlərə dünya birliyinin vahid yanaşmalarını inkişaf etdirməkdə getdikcə fəallaşırlar. Onlar, həmçinin dövrümüzün aktual problemləri ilə bağlı bizə yaxın mövqelərdən çıxış edir və anti-Rusiya yönümlü qərar və qətnamələrə yaxın dayanmırlar" - o, sözünü yekunlaşdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273816_451:0:3182:2048_1920x0_80_0_0_5c9698f16faaf0afd8c8fb069d748497.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
afrika, investor, investorlar, bmt baş assambleyası
afrika, investor, investorlar, bmt baş assambleyası
Afrika Rusiya investorları üçün daha cəlbedici olur - RF Xarici İşlər Nazirliyi
Başkin qeyd edib ki, Afrika ölkələri ilə işləmək üçün əsas platforma BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası olaraq qalır.
BAKI, 4 oktyabr — Sputnik. Afrika qitəsi ölkələri rusiyalı investorlar üçün daha cəlbedici olur.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin Afrika departamentinin direktoru Anatoli Başkin bildirib.
"Rusiya-Afrika ticarət dövriyyəsinin müsbət dinamikasını qeyd edirik. Bir çox yerli şirkətlər regionda uzun müddətdir ki, fəaliyyət göstərirlər. Eyni zamanda, qitə investisiyalar üçün getdikcə daha cəlbedici olur" - o, Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ-də keçirilən "Rusiya - Afrika: bundan sonra nə olacaq?" forumundakı plenar iclasda deyib.
O, əlavə edib ki, Rusiya "Afrika problemləri - Afrika həlləri" prinsipi əsasında qitə ölkələrinin həqiqi suverenliyinin əldə edilməsi yolunda ən yüksək səviyyədə yardım göstərməyə, eləcə də Qərbin daxili problemlərin həllində afrikalı dostlara siyasiləşdirilmiş reseptlər tətbiq etmək cəhdlərinə fəal müqavimət göstərməyə hazırdır.
Başkin qeyd edib ki, Afrika ölkələri ilə işləmək üçün əsas platforma BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası olaraq qalır.
"Afrikalı tərəfdaşlar qlobal problemlərə, o cümlədən ölkəmizin maraqlarına toxunan məsələlərə dünya birliyinin vahid yanaşmalarını inkişaf etdirməkdə getdikcə fəallaşırlar. Onlar, həmçinin dövrümüzün aktual problemləri ilə bağlı bizə yaxın mövqelərdən çıxış edir və anti-Rusiya yönümlü qərar və qətnamələrə yaxın dayanmırlar" - o, sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.