https://sputnik.az/20241003/veten-muharibesinin-7-ci-gunu-suya-qovusdugumuz-gun---vdeo-446973208.html
Vətən müharibəsinin 7-ci günü: Suya Qovuşduğumuz Gün - VİDEO
Vətən müharibəsinin 7-ci günü: Suya Qovuşduğumuz Gün - VİDEO
Sputnik Azərbaycan
Dörd il əvvəl strateji cəhətdən əhəmiyyətli yaşayış məntəqəsi - dövlət başçısının həmin gün Suqovuşan tarixi adını qaytardığı Madagiz kəndi azad edildi. 03.10.2024, Sputnik Azərbaycan
2024-10-03T08:06+0400
2024-10-03T08:06+0400
2024-10-03T08:08+0400
qarabağ
payızın 44 anı
talış kəndi
suqovuşan
azərbaycan ordusu
cəbrayıl
cocuq mərcanlı
vətən müharibəsi
"vətən müharibəsi"
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425737226_0:161:3070:1888_1920x0_80_0_0_55fe033ec32749af5f0d6e50cdf4eb84.jpg
BAKI, 3 oktyabr - Sputnik. Dörd il əvvəl Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Suqovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. 2020-ci il oktyabrın 3-də həmçinin Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum olub.Vətən müharibəsiSentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində sentyabrın 27-də Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/10/425737226_171:0:2900:2047_1920x0_80_0_0_8aa0882165815969d7db744149a02e06.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
payızın 44 anı, talış kəndi, suqovuşan, azərbaycan ordusu, cəbrayıl, cocuq mərcanlı, vətən müharibəsi, "vətən müharibəsi"
payızın 44 anı, talış kəndi, suqovuşan, azərbaycan ordusu, cəbrayıl, cocuq mərcanlı, vətən müharibəsi, "vətən müharibəsi"
Vətən müharibəsinin 7-ci günü: Suya Qovuşduğumuz Gün - VİDEO
08:06 03.10.2024 (Yenilənib: 08:08 03.10.2024) Dörd il əvvəl strateji cəhətdən əhəmiyyətli yaşayış məntəqəsi - dövlət başçısının həmin gün Suqovuşan tarixi adını qaytardığı Madagiz kəndi azad edildi.
BAKI, 3 oktyabr - Sputnik. Dörd il əvvəl Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Suqovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. 2020-ci il oktyabrın 3-də həmçinin Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum olub.
Sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində sentyabrın 27-də Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.