Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya mütəmadi olaraq BMT-yə Ukrayna SQ-nin törətdiyi cinayətlər barədə məlumat göndərir

© AP Photo / Mary AltafferBMT
BMT - Sputnik Azərbaycan, 1920, 03.10.2024
Abunə olmaq
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Rusiya Federasiyasının verdiyi məlumatlara, sadəcə olaraq məhəl qoymur.
BAKI, 3 oktyabr — Sputnik.Rusiya Xarici İşlər Nazirliyi sistematik olaraq Ukrayna Silahlı Qüvvələri tərəfindən törədilən cinayətlər barədə məlumatları BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsinə ötürür, lakin bu xəbərlərə cavab yoxdur.
Bu barədə "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə səlahiyyətli nümayəndəsi Rodion Miroşnik məlumat verib.
"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı əvvəllər də Kiyev yaraqlılarının cinayətləri ilə bağlı bizim istintaq orqanlarının apardığı araşdırmalar əsasında Rusiya Xarici İşlər Nazirliyinin bölmələri tərəfindən mütəmadi olaraq onlara göndərilən çoxlu məlumatlara malik idi" - o qeyd edib.
Miroşnikin sözlərinə görə, qurum Rusiya Federasiyasının verdiyi məlumatlara, sadəcə olaraq məhəl qoymur. O, həmçinin vurğulayıb ki, son on ildə ukraynalı yaraqlılar məhbuslara qarşı qəbuledilməz münasibət nümayiş etdirirlər.
Miroşnik daha əvvəl Ukrayna ordusunda 70 minə yaxın qadının xidmət etdiyini bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0