https://sputnik.az/20241003/mayin-11-ne-kecen-gece-son-20-ilin-en-guclu-maqnit-qasirgasi-gozlenilir-464542042.html
Yer kürəsində güclü geomaqnit qasırğası gözlənilir
Yer kürəsində güclü geomaqnit qasırğası gözlənilir
Sputnik Azərbaycan
Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq. 03.10.2024, Sputnik Azərbaycan
2024-10-03T15:13+0400
2024-10-03T15:13+0400
2024-10-03T14:45+0400
maqnit qasırğası
hadisə
ay
ay
günəş
rusiya elmlər akademiyası
çin
rusiya
astronom
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/11/461369124_0:0:3072:1728_1920x0_80_0_0_5b0ddccd9848223382b8fbc32986d9e3.jpg
BAKI, 3 oktyabr - Sputnik. Günəşdə alışmalar hesabına oktyabrın 4-5-də Yerdə geomaqnit qasırğası gözlənilir. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Sputnik Azərbaycan-a verilən xəbərə görə, Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, müəyyən ehtimalla M sinif (radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X (güclü) sinif alışmaların olacağı proqnozlaşdırılır. Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq. Oktyabrın 4-ü gecə saatlarından başlayaraq səhər 08:00 radələrinədək G2 (orta) səviyyəli qasırğa gözlənilir. Sonradan geomaqnit sahə fon səviyyəsinə enəcək. Həmin gün axşam saat 21:00-dan etibarən G2 (orta), gecə saat 01:00-dan başlayaraq oktyabrın 5-i saat 09:00-dək G1 (mülayim) səviyyəli geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır.09.09.24, 10:46Azərbaycanda güclü geomaqnit qasırğası gözlənilirAzərbaycanda sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, günəşdə bir neçə oblastda baş verən "M" sinif və digər alışmalar səbəbindən günəş aktivliyinin səviyyəsi artıb: "Kosmik aparatlar yerə yönələn tac kütlə atılmaları müşahidə edib. 10-11 sentyabr tarixlərində günəş aktivliyi "M" (mülayim orta) və müəyyən ehtimalla X (güclü) səviyyədə olacaq". Qeyd olunub ki, hazırda geomaqnit qasırğası orta səviyyədədir: "Sentyabrın 10-u saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə yüksələcək, sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək. Geomaqnit qasırğa daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək".12.08.24, 18:17Yüksək geomaqnit qasırğası müşahidə edilirSon sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub. Aktiv oblastlarda alışmaların gücü kifayət qədər olsa da, hələlik mövcud peyk məlumatlarında Yerə yönəldilmiş heç bir tac kütlə atılması (CME) aşkar edilməyib. Avqustun 14-dək Günəş aktivliyinin orta və yüksək səviyyədə, orta güclü alışmaların xarakterik olacağı gözlənilir. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş küləyi parametrləri avqustun 7-də baş vermiş tac kütlə atılmasının təsiri hesabına artıb. Hazırda geomaqnit sahə CME təsirlərinə cavab olaraq G1 və G2 səviyyəli qasırğa şəraitindədir. Avqustun 13-14-də CME effektləri azaldıqca geomaqnit sahənin normal fon şəraitində olacağı, fasilələrlə isə fəal şəraitin davam edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, belə maqnit qasırğaları Yerin eko-, bio- və texnosistemlərinə öz mənfi yan təsirlərini göstərir. Bundan başqa, maqnit qasırğalı günlərdə risk qrupuna daxil olan xəstələrin, əsasən ürək-damar və digər xroniki xəstəlikləri olan, yaşlı insanların səhhətlərində müəyyən narahatlıq halları arta bilər. Belə hallar adətən impulsiv baş ağrıları, qan təzyiqinin yüksəlməsi, miqren ağrılarının və halsızlığın artması şəklində özünü göstərir. İnsanlara təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlər görmələri, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük vermələri tövsiyə olunur.08.08.24, 22:32Yer kürəsini avqustun 10-na keçən gecə G2 sinfinə aid maqnit qasırğası bürüyəcək. Bu məlumat Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiya Laboratoriyasının proqnozundan irəli gəlir. Qeyd olunur ki, maqnit qasırğasının pik nöqtəsi Moskva vaxtı ilə gecə yarısı baş verəcək. Növbəti bir neçə saat ərzində səviyyə dəyişməz qalacaq. Maqnit qasırğası yalnız saat 13:00-da (Bakı vaxtı ilə -red.) zəifləyəcək, yəni G1 sinfinə enəcək. Axşama yaxın onun səviyyəsi daha da aşağı düşəcək. Saat 19:00-a qədər vəziyyət tamamilə normal olacaq. Eyni zamanda avqustun 10-da güclü maqnit qasırğası ehtimalının yüksək olacağı vurğulanır. Alimlərin fikrincə, bu 45% təşkil edir. Ancaq oxşar vəziyyət artıq bir neçə gün əvvəl baş verib. Avqustun 3-dən 4-nə keçən gecə Yer kürəsini oxşar G2 sinifli maqnit qasırğası bürüyüb. 02.08.24, 23:59G2 sinifli maqnit qasırğası həftənin sonunda avqustun 3-dən 4-nə keçən gecə baş verəcək. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyasının proqnozunda deyilir. Qasırğanın pik nöqtəsi Bakı vaxtı ilə saat 01:00-da baş verəcək. Səhər saat 07:00-dan sonra maqnitosfer sakitləşəcək. Maqnit qasırğasının başlamasından bir gün sonra geomaqnit vəziyyət sabitləşəcək. Avqustun 4-də maqnit qasırğası ehtimalı 30% təşkil edir. Bundan əlavə, avqustun 3-ü ərəfəsində maqnit qasırğası güclənə bilər. Bu hadisənin başvermə ehtimalı da 30%-dir.20.05.24, 12:20Bu gün axşam Yer kürəsini maqnit qasırğası bürüyəcəkBu gün axşam Yer kürəsini G1 səviyyəli zəif maqnit qasırğası bürüyəcək. Bu barədə Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiya Laboratoriyasının saytında qeyd edilib. Mütəxəssislərin məlumatına görə, maqnit qasırğası ehtimalı 35 faiz qiymətləndirilir. Maqnit qasırğasının Bakı vaxtı ilə saat 19:00-da (Moskva vaxtı ilə saat 18:00-da) olacağı gözlənilir. Dünən gecə isə Günəşdə bir neçə partlayış qeydə alınıb. Xatırladaq ki, mayın 14-də cari günəş aktivliyi dövründə ən böyük partlayış baş verib. Mütəxəssislər bunu X8.7 olaraq qiymətləndiriblər. Son G5 fırtınası X5.8 səviyyəsində qiymətləndirilir, günəş aktivliyinin daha böyük qiymətləndirilməsi isə 2017-ci ilin sentyabrında qeydə alınıb. 16.05.24Bu yaxınlarda proqnozlaşdırılmayan orta səviyyəli G2 maqnit qasırğası Yer kürəsini bürüyüb. Bu barədə Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiya Laboratoriyasının mətbuat xidməti məlumat yayıb. "Orta səviyyəli G2 maqnit qasırğası baş verir. Hadisənin olacağı proqnozlaşdırılmamışdır- günün tamamilə sakit keçəcəyi gözlənilirdi" - saytda qeyd edilib. Mütəxəssislər hesab edirlər ki, bugünkü maqnit qasırğası təsadüfi xarakter daşıyır və çox güman ki, qısa müddətə davam edəcək. Qeyd olunur ki, maqnit qasırğası ilə bağlı xəbərlər dərc olunan zaman maqnit sahəsindəki dalğalanmalar demək olar ki, yox olub. "KP.RU" bu yaxınlarda bildirib ki, may ayında Yer kürəsi, bir əsrin ən güclü qasırğasını yaşayıb. İndi ekspertlər baş verənlərə daha dəqiq qiymət verəcək hesablamalar aparırlar.10.05.24, 18:44Mayın 11-nə keçən gecə son 20 ilin ən güclü maqnit qasırğası gözlənilirMayın 11-nə keçən gecə son 20 ilin ən yüksək səviyyəli maqnit qasırğası baş verə bilər. Bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun "Günəş astronomiyası" laboratoriyasının rəhbəri Sergey Boqaçov bildirib. Belə ki, bu günlərdə Yerin maqnit sahəsinə şiddətli fırtınanın zərbə vuracağı gözlənilir. Onun təsirləri mayın 12-si bazar gününə qədər müşahidə oluna bilər. "Üç gün ərzində Günəş planetimizə dörd böyük plazma buludu atıb. Onların bəziləri yolda birləşərək vahid obyektə çevriliblər. Hesablamalara görə, həmin obyekt bu gecə Yerin maqnit sahəsinə zərbə vuracaq" – ekspert xəbərdarlıq edib. Qeyd olunub ki, maqnit qasırğalarının təsirinə ən çox yaşlı insanlar və azyaşlı uşaqlar həssasdır. Onlar yuxu ilə bağlı çətinlikliklər yarana və baş ağrıları ola bilər. Təbiət hadisəsi naviqasiya sistemlərinin və elektronikanın nasazlığına da səbəb ola bilər. Xatırladaq ki, bir müddət əvvəl Rusiya və Çinin Ayda atom stansiyası quraşdıracaqları barədə məlumat verilmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
ay
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/11/461369124_43:0:2774:2048_1920x0_80_0_0_78714f747f92de91203dc0933edf0bb7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
maqnit qasırğası, ay, ay, günəş, rusiya elmlər akademiyası, çin, rusiya, astronom
maqnit qasırğası, ay, ay, günəş, rusiya elmlər akademiyası, çin, rusiya, astronom
Yer kürəsində güclü geomaqnit qasırğası gözlənilir
Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq.
BAKI, 3 oktyabr - Sputnik. Günəşdə alışmalar hesabına oktyabrın 4-5-də Yerdə geomaqnit qasırğası gözlənilir.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Sputnik Azərbaycan-a verilən xəbərə görə, Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, müəyyən ehtimalla M sinif (radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X (güclü) sinif alışmaların olacağı proqnozlaşdırılır.
Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq.
Oktyabrın 4-ü gecə saatlarından başlayaraq səhər 08:00 radələrinədək G2 (orta) səviyyəli qasırğa gözlənilir.
Sonradan geomaqnit sahə fon səviyyəsinə enəcək. Həmin gün axşam saat 21:00-dan etibarən G2 (orta), gecə saat 01:00-dan başlayaraq oktyabrın 5-i saat 09:00-dək G1 (mülayim) səviyyəli geomaqnit qasırğasının olacağı proqnozlaşdırılır.
Azərbaycanda güclü geomaqnit qasırğası gözlənilir
Azərbaycanda sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, günəşdə bir neçə oblastda baş verən "M" sinif və digər alışmalar səbəbindən günəş aktivliyinin səviyyəsi artıb:
"Kosmik aparatlar yerə yönələn tac kütlə atılmaları müşahidə edib. 10-11 sentyabr tarixlərində günəş aktivliyi "M" (mülayim orta) və müəyyən ehtimalla X (güclü) səviyyədə olacaq".
Qeyd olunub ki, hazırda geomaqnit qasırğası orta səviyyədədir:
"Sentyabrın 10-u saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə yüksələcək, sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək. Geomaqnit qasırğa daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək".
Yüksək geomaqnit qasırğası müşahidə edilir
Son sutka ərzində Günəş fəallığı yüksək səviyyədə olub. Aktiv oblastlarda alışmaların gücü kifayət qədər olsa da, hələlik mövcud peyk məlumatlarında Yerə yönəldilmiş heç bir tac kütlə atılması (CME) aşkar edilməyib.
Avqustun 14-dək Günəş aktivliyinin orta və yüksək səviyyədə, orta güclü alışmaların xarakterik olacağı gözlənilir.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş küləyi parametrləri avqustun 7-də baş vermiş tac kütlə atılmasının təsiri hesabına artıb. Hazırda geomaqnit sahə CME təsirlərinə cavab olaraq G1 və G2 səviyyəli qasırğa şəraitindədir. Avqustun 13-14-də CME effektləri azaldıqca geomaqnit sahənin normal fon şəraitində olacağı, fasilələrlə isə fəal şəraitin davam edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, belə maqnit qasırğaları Yerin eko-, bio- və texnosistemlərinə öz mənfi yan təsirlərini göstərir.
Bundan başqa, maqnit qasırğalı günlərdə risk qrupuna daxil olan xəstələrin, əsasən ürək-damar və digər xroniki xəstəlikləri olan, yaşlı insanların səhhətlərində müəyyən narahatlıq halları arta bilər. Belə hallar adətən impulsiv baş ağrıları, qan təzyiqinin yüksəlməsi, miqren ağrılarının və halsızlığın artması şəklində özünü göstərir.
İnsanlara təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlər görmələri, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük vermələri tövsiyə olunur.
Yer kürəsini avqustun 10-na keçən gecə G2 sinfinə aid maqnit qasırğası bürüyəcək.
Bu məlumat Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiya Laboratoriyasının proqnozundan irəli gəlir.
Qeyd olunur ki, maqnit qasırğasının pik nöqtəsi Moskva vaxtı ilə gecə yarısı baş verəcək.
Növbəti bir neçə saat ərzində səviyyə dəyişməz qalacaq.
Maqnit qasırğası yalnız saat 13:00-da (Bakı vaxtı ilə -red.) zəifləyəcək, yəni G1 sinfinə enəcək. Axşama yaxın onun səviyyəsi daha da aşağı düşəcək. Saat 19:00-a qədər vəziyyət tamamilə normal olacaq.
Eyni zamanda avqustun 10-da güclü maqnit qasırğası ehtimalının yüksək olacağı vurğulanır. Alimlərin fikrincə, bu 45% təşkil edir. Ancaq oxşar vəziyyət artıq bir neçə gün əvvəl baş verib.
Avqustun 3-dən 4-nə keçən gecə Yer kürəsini oxşar G2 sinifli maqnit qasırğası bürüyüb.
G2 sinifli maqnit qasırğası həftənin sonunda avqustun 3-dən 4-nə keçən gecə baş verəcək.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyasının proqnozunda deyilir. Qasırğanın pik nöqtəsi Bakı vaxtı ilə saat 01:00-da baş verəcək.
Səhər saat 07:00-dan sonra maqnitosfer sakitləşəcək. Maqnit qasırğasının başlamasından bir gün sonra geomaqnit vəziyyət sabitləşəcək. Avqustun 4-də maqnit qasırğası ehtimalı 30% təşkil edir. Bundan əlavə, avqustun 3-ü ərəfəsində maqnit qasırğası güclənə bilər. Bu hadisənin başvermə ehtimalı da 30%-dir.
Bu gün axşam Yer kürəsini maqnit qasırğası bürüyəcək
Bu gün axşam Yer kürəsini G1 səviyyəli zəif maqnit qasırğası bürüyəcək.
Bu barədə Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiya Laboratoriyasının saytında qeyd edilib. Mütəxəssislərin məlumatına görə, maqnit qasırğası ehtimalı 35 faiz qiymətləndirilir.
Maqnit qasırğasının Bakı vaxtı ilə saat 19:00-da (Moskva vaxtı ilə saat 18:00-da) olacağı gözlənilir. Dünən gecə isə Günəşdə bir neçə partlayış qeydə alınıb.
Xatırladaq ki, mayın 14-də cari günəş aktivliyi dövründə ən böyük partlayış baş verib. Mütəxəssislər bunu X8.7 olaraq qiymətləndiriblər. Son G5 fırtınası X5.8 səviyyəsində qiymətləndirilir, günəş aktivliyinin daha böyük qiymətləndirilməsi isə 2017-ci ilin sentyabrında qeydə alınıb.
Bu yaxınlarda proqnozlaşdırılmayan orta səviyyəli G2 maqnit qasırğası Yer kürəsini bürüyüb.
Bu barədə Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiya Laboratoriyasının mətbuat xidməti məlumat yayıb.
"Orta səviyyəli G2 maqnit qasırğası baş verir. Hadisənin olacağı proqnozlaşdırılmamışdır- günün tamamilə sakit keçəcəyi gözlənilirdi" - saytda qeyd edilib.
Mütəxəssislər hesab edirlər ki, bugünkü maqnit qasırğası təsadüfi xarakter daşıyır və çox güman ki, qısa müddətə davam edəcək.
Qeyd olunur ki, maqnit qasırğası ilə bağlı xəbərlər dərc olunan zaman maqnit sahəsindəki dalğalanmalar demək olar ki, yox olub.
"KP.RU" bu yaxınlarda bildirib ki, may ayında Yer kürəsi, bir əsrin ən güclü qasırğasını yaşayıb. İndi ekspertlər baş verənlərə daha dəqiq qiymət verəcək hesablamalar aparırlar.
Mayın 11-nə keçən gecə son 20 ilin ən güclü maqnit qasırğası gözlənilir
Mayın 11-nə keçən gecə son 20 ilin ən yüksək səviyyəli maqnit qasırğası baş verə bilər.
Bunu Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun "Günəş astronomiyası" laboratoriyasının rəhbəri Sergey Boqaçov bildirib.
Belə ki, bu günlərdə Yerin maqnit sahəsinə şiddətli fırtınanın zərbə vuracağı gözlənilir. Onun təsirləri mayın 12-si bazar gününə qədər müşahidə oluna bilər.
"Üç gün ərzində Günəş planetimizə dörd böyük plazma buludu atıb. Onların bəziləri yolda birləşərək vahid obyektə çevriliblər. Hesablamalara görə, həmin obyekt bu gecə Yerin maqnit sahəsinə zərbə vuracaq" – ekspert xəbərdarlıq edib.
Qeyd olunub ki, maqnit qasırğalarının təsirinə ən çox yaşlı insanlar və azyaşlı uşaqlar həssasdır. Onlar yuxu ilə bağlı çətinlikliklər yarana və baş ağrıları ola bilər. Təbiət hadisəsi naviqasiya sistemlərinin və elektronikanın nasazlığına da səbəb ola bilər.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya və Çinin Ayda atom stansiyası quraşdıracaqları barədə məlumat verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.