Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Çalışın, radara düşməyin: Paytaxtda yeni avtobus zolaqları çəkildi

© Sputnik / Zulfiyya GuluyevaBakıda avtobus zolağı
Bakıda avtobus zolağı - Sputnik Azərbaycan, 1920, 04.12.2024
Abunə olmaq
Təşkil edilən avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.
BAKI, 4 dekabr — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Xətai rayonu, Xocalı prospektində və Afiyyədin Cəlilov küçəsində avtobus zolağı ilə bağlı sürücülərə müraciət edib.
AYNA-dan Sputnik Azərbaycan-a bildirilib ki, Xətai rayonu, Xocalı prospektində və Afiyyədin Cəlilov küçəsində təşkil edilən avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.
Beləliklə, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.
Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib. Mərhələli şəkildə digər küçə və prospeklərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq.
02.10.24, 10:46
Hansı küçələrə avtobus zolaqlarının çəkildiyi rəsmən açıqlandı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının 29 küçə və prospektində uzunluğu 85 km-dən çox olan xüsusi hərəkət zolağı təşkil edib.
Sputnik Azərbyacan bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, avtobuslar üçün yeni zolaq şəbəkəsi mobilliyin transformasiyası proqramı çərçivəsində tətbiqi olunur. Bu zolaqlardan gün ərzində 70 000 dəfəyə qədər avtobus hərəkət edir, 900 minə yaxın sərnişinin rahat və maneəsiz daşınır. Avtobus üstünlüyünün təmin edilməsi daha çox sərnişinin daşınmasına imkan yaradır.
Növbəti mərhələdə davamlılığın təmin edilməsi, yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə 100 km-dən çox avtobus zolağının təşkili nəzərdə tutulub. Avtobus zolaqları müntəzəmliyi, intervalların qorunmasını, ictimai nəqliyyatın cəlbediciliyinin və ona inamın artmasını təmin edir. Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün hazırlanan yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir.
Qeyd edək ki, avtobus zolaqları ilə hərəkət edən digər yol hərəkəti iştirakçıları mütləq radara düşəcəklər. Çünki zolaqlar müvafiq müşahidə qurğuları ilə təchiz edilib. Bu zolaqlarda hərəkət isə 100 manat, üstəgəl 2 balla cərimələnir.
Xəbər lenti
0