https://sputnik.az/20241001/rusiya-xn-finlandiya-ve-estoniyanin-fin-korfezini-baglamaq-planlarini-serh-edib-467780330.html
Rusiya XİN Finlandiya və Estoniyanın Fin körfəzini bağlamaq planlarını şərh edib
Rusiya XİN Finlandiya və Estoniyanın Fin körfəzini bağlamaq planlarını şərh edib
Sputnik Azərbaycan
Rusiya Federasiyası Finlandiya və Estoniyanın Fin körfəzinin Rusiya gəmiçiliyi üçün tam blokadaya almasını beynəlxalq dəniz hüququnun pozulması kimi... 01.10.2024, Sputnik Azərbaycan
2024-10-01T20:09+0400
2024-10-01T20:09+0400
2024-10-01T21:04+0400
rusiya xin
rusiya
estoniya
finlandiya
nazirlik
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_0:0:3640:2048_1920x0_80_0_0_2c693dd1c0c0c79ea4c1e5f8437ee984.jpg
BAKI, 1 oktyabr — Sputnik. Rusiya Federasiyası Finlandiya və Estoniyanın Fin körfəzinin Rusiya gəmiçiliyi üçün tam blokadaya almasını beynəlxalq dəniz hüququnun pozulması kimi qiymətləndirəcək. Bunu "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər. KİV daha əvvəl xəbər vermişdi ki, Finlandiya və Estoniya hakimiyyət orqanları, təhlükə yaranarsa buxtanı Rusiya gəmiləri üçün bağlamaq planları hazırlayır. Rusiya Xarici İşlər Nazirliyi "RİA Novosti"yə cavab olaraq qeyd edib ki, Rusiya tərəfi hansı təhdidlərdən danışıldığını tam başa düşmür. "Söhbət Fin körfəzində onlara bitişik zonaların sərhədlərinin müəyyən edilməsi planlarından gedirsə, onda belə bir addım onların suveren hüququdur. Eyni zamanda, BMT-nin Dəniz hüququ haqqında 1982-ci il Konvensiyasının müddəalarına uyğun olaraq bu cür hərəkətlər gəmiçiliyə mane olmağa və ona nəzarət etməyə imkan vermir", - nazirlik şərh edib. Qeyd edək ki, Estoniya Müdafiə Qüvvələrinin komandanı Andrus Merilonun sözlərinə görə, Tallinn və Helsinki dəniz müdafiəsi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Təhlükə yaranacağı təqdirdə NATO ölkələrinin Fin körfəzini bağlayacağı açıqlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_370:0:3101:2048_1920x0_80_0_0_2e89c8729993d0d753d3d95fe89af791.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya xin, estoniya, finlandiya, nazirlik
rusiya xin, estoniya, finlandiya, nazirlik
Rusiya XİN Finlandiya və Estoniyanın Fin körfəzini bağlamaq planlarını şərh edib
20:09 01.10.2024 (Yenilənib: 21:04 01.10.2024) Rusiya Federasiyası Finlandiya və Estoniyanın Fin körfəzinin Rusiya gəmiçiliyi üçün tam blokadaya almasını beynəlxalq dəniz hüququnun pozulması kimi qiymətləndirəcək.
BAKI, 1 oktyabr — Sputnik. Rusiya Federasiyası Finlandiya və Estoniyanın Fin körfəzinin Rusiya gəmiçiliyi üçün tam blokadaya almasını beynəlxalq dəniz hüququnun pozulması kimi qiymətləndirəcək.
Bunu "RİA Novosti"yə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
KİV daha əvvəl xəbər vermişdi ki, Finlandiya və Estoniya hakimiyyət orqanları, təhlükə yaranarsa buxtanı Rusiya gəmiləri üçün bağlamaq planları hazırlayır. Rusiya Xarici İşlər Nazirliyi "RİA Novosti"yə cavab olaraq qeyd edib ki, Rusiya tərəfi hansı təhdidlərdən danışıldığını tam başa düşmür.
"Söhbət Fin körfəzində onlara bitişik zonaların sərhədlərinin müəyyən edilməsi planlarından gedirsə, onda belə bir addım onların suveren hüququdur. Eyni zamanda, BMT-nin Dəniz hüququ haqqında 1982-ci il Konvensiyasının müddəalarına uyğun olaraq bu cür hərəkətlər gəmiçiliyə mane olmağa və ona nəzarət etməyə imkan vermir", - nazirlik şərh edib.
Qeyd edək ki, Estoniya Müdafiə Qüvvələrinin komandanı Andrus Merilonun sözlərinə görə, Tallinn və Helsinki dəniz müdafiəsi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Təhlükə yaranacağı təqdirdə NATO ölkələrinin Fin körfəzini bağlayacağı açıqlanıb.