Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Si Cinpini ÇXR-nın yaranmasının 75-ci ildönümü münasibətilə təbrik edib

© Sputnik / Павел Волков / POOL / Mediabanka keçid Çin sədri Si Cinpin
 Çin sədri Si Cinpin  - Sputnik Azərbaycan, 1920, 01.10.2024
Abunə olmaq
Putin Rusiyanın Çin ilə dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, qarşılıqlı ticarətdə uğurları, müxtəlif sahələrdə ikitərəfli layihələrin həyata keçirilməsini, BMT, BRİKS və digər strukturlar çərçivəsində səmərəli əməkdaşlığı qeyd edib.
BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ÇXR sədri Si Cinpini Çin Xalq Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə təbrik edib.
Teleqram Kremlin saytında dərc olunub.
"Çin bu əlamətdar ildönümünü iqtisadi, sosial, elmi və texnoloji inkişafda təsirli nailiyyətlərlə qeyd edir. Sizin rəhbərliyinizlə ölkə dünya miqyasında öz mövqeyini uğurla möhkəmləndirir, regional və qlobal gündəmdə aktual problemlərin həllində mühüm rol oynayır" - Putin bildirib.
O, Rusiyanın Çin ilə dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, qarşılıqlı ticarətdə uğurları, müxtəlif sahələrdə ikitərəfli layihələrin həyata keçirilməsini, BMT, BRİKS və digər strukturlar çərçivəsində səmərəli əməkdaşlığı qeyd edib.
"Sizə səmimi qəlbdən möhkəm cansağlığı və uğurlar, bütün Çin vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq arzulayıram" - Rusiya lideri qeyd edib.
Əlavə edək ki, Putin oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammiti çərçivəsində Si Cinpinlə görüşməyi planlaşdırır.
Xəbər lenti
0