Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

160 yeni elektrik mühərrikli avtobus nə vaxt xəttə çıxacaq?

© Photo : Baku Transport AgencyBakıda ilk elektrik mühərrikli avtobus (BYD )
Bakıda ilk elektrik mühərrikli avtobus (BYD ) - Sputnik Azərbaycan, 1920, 01.10.2024
Abunə olmaq
Mobilliyi təkmilləşdirmək üçün icrasına başlanılmış mobilliyin transformasiyası proqramı çərçivəsində əhatəli, dayanıqlı nəqliyyat sisteminin qurulmasına diqqət yetirilir.
BAKI, 1 oktyabr — Sputnik. Gələn ay Bakıda 160 yeni elektrik mühərrikli avtobusun istifadəyə verilməsi başlanğıcdır və növbəti illərdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
Sputnik Azərbaycan xəbər verir, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə təşkil edilmiş "Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat" növzusunda dəyirmi masada bildirib.
O bildirib ki, mobilliyi təkmilləşdirmək üçün icrasına başlanılmış mobilliyin transformasiyası proqramı çərçivəsində əhatəli, dayanıqlı nəqliyyat sisteminin qurulmasına diqqət yetirilir: "Ən iddialı layihələrdən biri ictimai nəqliyyatın elektrikləşdirilməsidir. Biz ekoloji davamlılığı artırmaq üçün rəqəmsal həlləri nəqliyyat marşrutlarına inteqrasiya etmək yollarını araşdırırıq. Bu yolla tranzit müddətləri qısalacaq və istixana qazı emissiyaları azalacaq. Milli səviyyədə nəqliyyat sektorunda islahatlar aparırıq, nəqliyyat sıxlığını aradan qaldırırıq, yol təhlükəsizliyini yaxşılaşdırır və ətraf mühitə təsirləri azaldırıq".
Xəbər lenti
0