QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Vətən müharibəsinin üçüncü günü: "Martuni" alayının məhvi

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAzərbaycanın T-55 tankları Ağdamda
Azərbaycanın T-55 tankları Ağdamda - Sputnik Azərbaycan, 1920, 29.09.2024
Abunə olmaq
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.
BAKI, 29 sentyabr — Sputnik. 2020-ci il sentyabrın 29-da səhər saatlarında cəbhənin Füzuli-Cəbrayıl istiqamətində yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib.
Saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha dörd tankı vurulub. Düşmənin Xocavənd rayonu ərazisində yerləşdirdiyi 3-cü “Martuni” motoatıcı alayı darmadağın edilib.
Baş Prokurorluq düşmənin dinc əhalini atəşə tutması nəticəsində 12 mülki şəxsin həlak olması, 35 nəfərin xəsarət alması ilə bağlı məlumat yayıb.
Tərtərdə dağılmış ev, arxiv - Sputnik Azərbaycan, 1920, 28.09.2024
QARABAĞ
Vətən müharibəsinin ikinci günü: Ermənilərin dinc əhalini atəşə tutması
Xəbər lenti
0