Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada "Soyuzmultfilm"in personajları olan konstruktor dəstləri istehsal olunacaq

© Sputnik / Евгений Одиноков / Mediabanka keçid"38 tutuquşu" multfilminin personajları
38 tutuquşu multfilminin personajları - Sputnik Azərbaycan, 1920, 28.09.2024
Abunə olmaq
Seriya "Nu, poqodi!", "Balaca və Karlson", "Üçüncü planetin sirri" və "Bremen musiqiçiləri" cizgi filmləri əsasında 18 dəstdən ibarət olacaq.
BAKI, 28 sentyabr — Sputnik. "Inventive Toys" şirkəti ("Inventive Retail Group"un bir hissəsi) Rusiya Federasiyasında "Soyuzmultfilm" studiyasının məşhur əsərlərinin personajları olan Brick Labs tikinti oyuncaqlarının lisenziyalı seriyasını buraxmaq niyyətində olduğunu açıqlayıb.
Bu barədə "Kommersant" yazıb.
Şirkət dəqiqləşdirib ki, seriya "Nu, poqodi!", "Balaca və Karlson", "Üçüncü planetin sirri" və "Bremen musiqiçiləri" cizgi filmləri əsasında 18 dəstdən ibarət olacaq.
Oyuncaqlar Rusiyada dizayn edilsə də, Çində istehsal olunacaq.
Daha əvvəl bildirilmişdi ki, Yuri Norşteynin "Dumandakı kirpi" cizgi filminin 50 illik yubileyi ərəfəsində Rusiya Mərkəzi Bankı "Rusiya (Sovet) Animasiyası" seriyasından xatirə sikkələrini dövriyyəyə buraxıb. Ümumilikdə sikkələrin üç variantı üç rubl və 25 rubl nominalında buraxılacaq.
Xəbər lenti
0