Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Azərbaycana süd məhsullarının tədarükünü iki dəfə artıra bilər

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidSupermarketdə süd məhsulları, arxiv
Supermarketdə süd məhsulları, arxiv - Sputnik Azərbaycan, 1920, 27.09.2024
Abunə olmaq
2019-2023-cü illərdə Rusiyadan Azərbaycana süd məhsulları tədarükünün dəyəri 1,5 dəfə artaraq 19 milyon ABŞ dollarına çatıb.
BAKI, 27 sentyabr — Sputnik. Yaxın illərdə Rusiyadan Azərbaycana süd məhsullarının ixracı 2-2,5 dəfə arta bilər.
Bu barədə Rusiya ixracatçı şirkətlərinin işgüzar missiyası çərçivəsində Bakıda keçirilən "Süd məhsullarının tədarükünün artırılması potensialı" adlı dəyirmi masanın yekunları üzrə "Aqroeksport" mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, 2023-cü ildə Rusiya Azərbaycana 17 min ton süd məhsulları tədarük edib. Eyni zamanda, bu cür tədarüklə məşğul olan şirkətlərin qiymətləndirmələrinə görə, növbəti iki il ərzində bu həcmi 2-2,5 dəfə artırmaq üçün bütün şərtlər mövcuddur.
Bundan əlavə, Rusiya şirkətləri Azərbaycanın süd, qənnadı sənayesi xammal bazasının təmin edilməsində tərəfdaş olmağa hazırdırlar.
2019-2023-cü illərdə Rusiyadan Azərbaycana süd məhsulları tədarükünün dəyəri 1,5 dəfə artaraq 19 milyon ABŞ dollarına çatıb. Tədarükün əsasını turş süd məhsulları (44%), pendir (19%) və quru süd (14%) təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0