https://sputnik.az/20240927/lavrov-bmt-strukturlarini-ukraynadaki-sulh-tesebbuslerine-celb-etmemeye-cagirib-467700662.html
Lavrov BMT strukturlarını Ukraynadakı "sülh" təşəbbüsləri"nə cəlb etməməyə çağırıb
Lavrov BMT strukturlarını Ukraynadakı "sülh" təşəbbüsləri"nə cəlb etməməyə çağırıb
Sputnik Azərbaycan
Ukrayna böhranı kontekstində BMT strukturlarının nümayəndələrinin siyasiləşmiş psevdosülh təşəbbüslərinə cəlb olunmasının qarşısını almaq üçün Quterreşə təcili... 27.09.2024, Sputnik Azərbaycan
2024-09-27T20:00+0400
2024-09-27T20:00+0400
2024-09-27T20:00+0400
sergey lavrov
rusiya
bmt
ukrayna
vladimir zelenski
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465274188_0:0:2813:1583_1920x0_80_0_0_e23d4c2c78322ec8bd6101a6bf0dc773.jpg
BAKI, 27 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşi BMT strukturlarının nümayəndələrini Ukraynada psevdosülh təşəbbüslərinə cəlb olunmasına imkan verməməyə çağırıb. Bu barədə mesaj Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. Mesajda deyilir ki, Lavrov BMT Katibliyinin rəhbərliyi və bütün əməkdaşları tərəfindən qərəzsizlik və bərabər məsafə prinsiplərinə, o cümlədən Kiyev rejiminin cinayətlərinə münasibətdə ciddi şəkildə riayət edilməsinin vacibliyini bir daha vurğulayıb. "Ukrayna böhranı kontekstində BMT strukturlarının nümayəndələrinin siyasiləşmiş psevdosülh təşəbbüslərinə cəlb olunmasının qarşısını almaq üçün Quterreşə təcili müraciət ünvanlanıb" – Rusiya XİN-dən bildiriblər. Xatırladaq ki, Lavrov və Quterreş arasında görüş Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutub. Daha əvvəl qeyd olunmuşdu ki, rusiyalı nazirin çoxsaylı görüşləri və danışıqları olacaq. Belə ki, Ukrayna Prezidenti Vladimir Zelenski çıxışı zamanı o, çinli həmkarı Van İ ilə görüşüb. Lavrov qeyd edib ki, Qərb dövlətlərinin Ukraynadan istifadə edərək başlatdığı münaqişədə Rusiya qələbə qazanacaq. O vurğulayıb ki, Qərb uzun illər əvvəl nəzərdə tutulduğu kimi BMT Nizamnaməsinə əməl etməyə başlamalıdır. Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Rusiya və KXDR liderləri arasında dərin və səmimi etimad var.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/06/0a/465274188_73:0:2802:2047_1920x0_80_0_0_957fc792b0fcd97cb906174bbddc708c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sergey lavrov, bmt, ukrayna, vladimir zelenski
sergey lavrov, bmt, ukrayna, vladimir zelenski
Lavrov BMT strukturlarını Ukraynadakı "sülh" təşəbbüsləri"nə cəlb etməməyə çağırıb
Ukrayna böhranı kontekstində BMT strukturlarının nümayəndələrinin siyasiləşmiş psevdosülh təşəbbüslərinə cəlb olunmasının qarşısını almaq üçün Quterreşə təcili müraciət ünvanlanıb.
BAKI, 27 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşi BMT strukturlarının nümayəndələrini Ukraynada psevdosülh təşəbbüslərinə cəlb olunmasına imkan verməməyə çağırıb.
Bu barədə mesaj Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.
Mesajda deyilir ki, Lavrov BMT Katibliyinin rəhbərliyi və bütün əməkdaşları tərəfindən qərəzsizlik və bərabər məsafə prinsiplərinə, o cümlədən Kiyev rejiminin cinayətlərinə münasibətdə ciddi şəkildə riayət edilməsinin vacibliyini bir daha vurğulayıb.
"Ukrayna böhranı kontekstində BMT strukturlarının nümayəndələrinin siyasiləşmiş psevdosülh təşəbbüslərinə cəlb olunmasının qarşısını almaq üçün Quterreşə təcili müraciət ünvanlanıb" – Rusiya XİN-dən bildiriblər.
Xatırladaq ki, Lavrov və Quterreş arasında görüş Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutub.
Daha əvvəl qeyd olunmuşdu ki, rusiyalı nazirin çoxsaylı görüşləri və danışıqları olacaq. Belə ki, Ukrayna Prezidenti Vladimir Zelenski çıxışı zamanı o, çinli həmkarı Van İ ilə görüşüb.
Lavrov qeyd edib ki, Qərb dövlətlərinin Ukraynadan istifadə edərək başlatdığı münaqişədə Rusiya qələbə qazanacaq. O vurğulayıb ki, Qərb uzun illər əvvəl nəzərdə tutulduğu kimi BMT Nizamnaməsinə əməl etməyə başlamalıdır.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Rusiya və KXDR liderləri arasında dərin və səmimi etimad var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.