Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyadan Asiya-Sakit okean ölkələrinə enerji ixracı ötən il 1,5 dəfə artıb – Putin

© Sputnik / Валерий Шарифулин / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 26.09.2024
Abunə olmaq
Rusiya obyektiv çətinliklərə baxmayaraq, son 2,5 il ərzində dünya enerji bazarının aparıcı iştirakçılarından biri olaraq qalır.
BAKI, 26 sentyabr — Sputnik. Rusiyadan Asiya-Sakit Okean regionu ölkələrinə enerji ixracı əvvəllər 39% təşkil edirdisə, keçən ilin sonunda bu rəqəm 1,5 dəfə artıb. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
O qeyd edib ki, Rusiya obyektiv çətinliklərə baxmayaraq, son 2,5 il ərzində dünya enerji bazarının aparıcı iştirakçılarından biri olaraq qalır. Yerli şirkətlər neft, neft məhsulları və kömür tədarükünü dəyişdirə biliblər.

"Məsələn, əgər əvvəllər Asiya-Sakit Okean regionunun enerji ixracımızda payı 39% idisə, keçən ilin sonunda bu, bir yarım dəfə artaraq 60%-i keçib", - prezident "Rusiya Enerji Həftəsi" beynəlxalq forumunun plenar iclasında deyib.

"Rusiya Enerji Həftəsi" müasir yanacaq-energetika kompleksinin inkişafının cari tendensiyalarının müzakirəsi üçün əsas beynəlxalq platformalardan biridir. Tədbir ənənəvi olaraq dövlət və hökumət başçılarının, dünyanın ən böyük enerji şirkətlərinin nümayəndələrinin, sənaye liderlərinin və ekspertlərin iştirakı ilə yüksək səviyyədə keçirilir.
Qeyd edək ki, sentyabrın 26-dan 28-dək Moskvada "Rusiya Enerji Həftəsi" keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0