https://sputnik.az/20240926/rusiya-ve-turkiye-prezidentleri-brks-sammitinde-gorusecek-467672134.html
Rusiya və Türkiyə prezidentləri BRİKS sammitində görüşəcək
Rusiya və Türkiyə prezidentləri BRİKS sammitində görüşəcək
Sputnik Azərbaycan
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş qeyd edib ki, Ankara Rusiyaya qarşı tətbiq edilən sanksiyaları heç vaxt dəstəkləməyib. 26.09.2024, Sputnik Azərbaycan
2024-09-26T21:09+0400
2024-09-26T21:09+0400
2024-09-26T21:09+0400
rusiya prezidenti vladimir putin
rusiya
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
briks
sammit
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156758_0:178:3008:1870_1920x0_80_0_0_5fe49fcd1461b39ed0a7f1d05174b439.jpg
BAKI, 26 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçiriləcək BRİKS sammitində görüşəcəklər. Bu barədə Vladimir Putin Moskvada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşündə bildirib. Öz növbəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş qeyd edib ki, Ankara Rusiyaya qarşı tətbiq edilən sanksiyaları heç vaxt dəstəkləməyib. O, Rusiya və Türkiyənin prioritetlərinin çox oxşar olduğunu vurğulayaraq deyib:Xatırladaq ki, BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika, 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulublar.Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası özünün sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbirlər təşkil edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156758_140:0:2869:2047_1920x0_80_0_0_8a4430acc4199b2cee051332865c53a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya prezidenti vladimir putin, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, briks , sammit
rusiya prezidenti vladimir putin, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, briks , sammit
Rusiya və Türkiyə prezidentləri BRİKS sammitində görüşəcək
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş qeyd edib ki, Ankara Rusiyaya qarşı tətbiq edilən sanksiyaları heç vaxt dəstəkləməyib.
BAKI, 26 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçiriləcək BRİKS sammitində görüşəcəklər.
Bu barədə Vladimir Putin Moskvada Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşündə bildirib.
"Biz çox şadıq ki, Türkiyə Respublikası ilə əlaqələrimiz bütün sahələrdə, o cümlədən parlamentlərarası əlaqələr üzrə inkişaf edir. Bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti cənab Ərdoğanla Astanada görüşdük, oktyabrda bir daha Kazanda, BRİKS sammitində görüşəcəyik, onunla ayrıca görüşümüz planlaşdırılıb", - Rusiya Prezidenti bildirib.
Öz növbəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş qeyd edib ki, Ankara Rusiyaya qarşı tətbiq edilən sanksiyaları heç vaxt dəstəkləməyib.
O, Rusiya və Türkiyənin prioritetlərinin çox oxşar olduğunu vurğulayaraq deyib:
"Biz Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaları, embarqoları heç vaxt dəstəkləməmişik. Qərb dairələrinin bununla Rusiyanı cəzalandırmaq istəməsi düzgün deyil və biz heç vaxt belə bir münasibəti dəstəkləməmişik".
Xatırladaq ki, BRİKS 2006-cı ildə yaradılmış dövlətlərarası birlikdir. Rusiya 2024-cü il yanvarın 1-dən təşkilatın sədri postunu tutur. Rusiya Federasiyasından başqa, Braziliya, Hindistan, Çin və Cənubi Afrika, 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulublar.
Rusiyanın BRİKS-ə sədrliyi ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi şüarı altında keçirilir. Rusiya Federasiyası özünün sədrliyi çərçivəsində 200-dən çox siyasi, iqtisadi və sosial tədbirlər təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.